Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət saatlarla vaksin növbəsi gözləyir, TƏBİB-in sistemi nazla işləyir
Millət saatlarla vaksin növbəsi gözləyir, TƏBİB-in sistemi nazla işləyir

Bakıda 6 nömrəli klinikanın qarşısında vaksin növbəsinə duranların sayı hesabı yoxdur, sıra getdikcə uzanır, içəri girənlərə də sanki iynə vurulmur, əməliyyat edirlər. Bir girən 40 dəqiqə ləngiyir. Səbəb klinikada komyuterlərin ləng işləməsi, TƏBİB-in portalının  donması, sistemin yavaş işləməsidir. Əslində bu kimi problemlərlə demək olar ki, əksər klinikalrda qarşılaşırsan. Aylar öncə şəxsən özüm 32 saylı klinikada vaksin olunarkən növbədə  cəmi 5-6 nəfər var idi. Di gəl ki,  sistem o qədər yavaş isləyirdi ki, tibb bacıları adını ora vurub, durub gedirdilər çay içməyə, yaxud  başqa işlərinin arxasınca, sistem də başlayırdı “ fırlanmağa”.

20 saylı klinikanın qarşısında da bir-birinə girmiş insanları görüncə düşünrsən ki, bura sağ gəlib, yoluxmuş qayıdan kim bilir neçə nəfər var. Hələ ASAN xidmət qarşısında  qurulan növbələri demirəm.

Əksəriyyətin problemi eynidir. Sistem donur, iş ləng gedir. Yayda al günəşin altında istidən qaranəfəs olan  adamlar donmuş sistemin zülümünü çəkirlər.

“Bu gün səhər 8-dən saat 12-yə kimi 6 nömrəli klinikada cəmi 30 nəfərə vaksin vurulub. Hər kəs qayıtdı evinə.  Bravo-da 374 nəfər qeydiyyata alıblar, hələ bir nəfərə də vaksin vurulmayıb, təbibin sistemi işləmir deyirlər. Camaat günün altında qalıb. İkinci dozanı vurduracaqlar var ki, işdən icazə alıb gəliblər ki, bir neçə günə işə də buraxılmayacaqlar, vurdura bilmirlər. Üstəlik klinikalara 250 nəfər limit qoyulub. Gələnlər  peşman halda geri qayıdırlar. Camaat təklif edir ki, siyahı yazın, xəstəlik artır, vaksin vurun, sonra portala işləyərsiniz. Onu da etmirlər ki, TƏBİB onu ancaq ucqar rayonlar üçün icazə verir.

Bir tərəfdən vurdurmayanları cərimələyirlər, bəzi yerlərə buraxmayacaqlar”,- deyə izləyicilərimizdən biri redaksiyamıza şikayət edib.

Vaxt daraldıqca biabırçı vəziyyət daha da gərginləşir. “Bravo” marketdə  vətəndaşlara vaksin edilməsi xəbəri doğrudur. Metod yanlışdır. Səhvdir, bu barədə fikir yürütməyəcəm, hər bir halda  növbələrin azaldılamsına yönəldilib. Lakin ilk məsələ də  ləng işləyən sistem məsələsidir. Koronavirus  “ Ferrari” sürür, TƏBİB-in sistemi   eşşək arabası.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »