Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şagirdlər döşəmədə oturur, uzanır, hətta ayaqyalın gəzirlər – Fin məktəbləri
Şagirdlər döşəmədə oturur, uzanır, hətta ayaqyalın gəzirlər – Fin məktəbləri

Fin təhsil sistemi öz metodikası ilə dünyanı heyrətləndirir, eyni zamanda marağa səbəb olur.

Sərt qaydaların tətbiq edilərək böyük nailiyyətlər əldə edildiyi uzaq Şərq ölkələrindən fərqli olaraq, bu şimal ölkəsində şagirdlərə tam sərbəstlik verilir, dərslər narahatlıq yox, sevgi ilə keçirilir, ilk duyğu insanın özünü azad və komfortlu hiss etməsidir. Bununla belə fin təhsil sistemi öz uğurları ilə bir çox ölkələri geridə qoyur. Tanış olaq, bəlkə öyrəniləcək çox şey var.

Finlandiyada ilk dərs günü Sovet ölkələrində alışdığımız təntənəli ilk gündən çox fərqlidir. İlk dərs günündə əllərində çiçək, səliqəli məktəb forması geyinmiş uşaqların sıralarını görə bilməzsiniz. Hər kəs məktəbin həyətində toplanır, direktor uşalqarı salamlayır, dərs ilində uğurlar arzulayır və siniflərə dağılışırlar. Məktəbli forması yoxdur, hər kəs istədiyini geyinir. Fin məktəblilərinə çanta və dərs ləvazimatları, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq üçün idman dəstlərini məktəblər verir. Finlandiyada təhsil pulsuzdur. Dövlət büdcəsinin 12,2 faizi təhsil üçün ayrılır. Şagirdləri evə məktəb avtobusu aparıb gətirir. Əgər bir kənddən şəhərə hətta tək bir uşaq oxumağa glirsə onun üçün xüsusi avtobus təsis edilir.

Xarici ölkələrdən məktəbə daxil olan şagirdləri beynəlmiləl siniflərdə yerləşdirirlər və onlarla tərcüməçilər və sinif rəhbərləri xüsusi məşğul olurlar.

Fin məktəblərində yeməkxanalar xüsusən diqqət mərkəzində saxlanılır. Burda yemək çeşidləri o qədər çoxdur ki, hər şagird nə yeyəcəyini özü seçə bilir. Hətta vegeterian yemək növləri də menüyə əlavə edilir.

Məktəblərdə ən əsas məsələ uşaqların təhlükəsizliyini təmin etməkdir. Məktəbə xəbərsiz, kim istədi daxil ola bilməz. Terror aktlarına qarşı daxildən baxlanan avtomatik qapılar quraşdırılıb.

Hər uşağın özünəməxsus sərbəst məkanı olsun deyə məktəb masalarında tək-tək oturulur. Lakin oturmaq da vacib deyil. Elə siniflər var ki, burda uşaqlar sadəcə xalı sərilmiş döşəmədə oturur, uzanır, istədikləri kimi dərslərinə yönəlirlər. Divan və kreslo qoyulan sinif otaqları da var.

Sinifdə şagird istəsə ayaqqabılarını çıxarıb otura bilər. Ona necə rahatdırsa elə. Dərslər tez- tez açıq havada keçirilir. Bunun üçün məktəblərin həyətlərində mütlqə şərait yaradılır.

Ev tapşırıqları verilmir. Məktəb valideynlərin uşaqla dərs hazırlamaq üçün zaman itirməsinin əleyhinədir. Bundansa birlikdə təbiət qoynuna və muzeylər getməyi tövsiyə edir. Fin məktəblərində 8-ci sinifə qədər qiymətləndirmə yoxdur. Zəif anlayan şagirdlərə daha çox diqqət ayrılır ki, yoldaşlarından geri qalmasınlar. Lövhəyə çıxıb dərs həll etmək kimi bir metoda da rast gəlməzsən. Nəzəri material başa salındıqdan sonra şagirdlər bunu praktikada tətbiq edirlər. Sinifə hər müəllim öz köməkçisi ilə girir. Bu bütün uşaqları əhatə etməyə kömək edir.

İşçi dəftərlərin sərt işlənmə qaydaları da yoxdur. Istəyən istədiyi rəngdə karandaşla yaza bilər. Hətta müəllimlər də.

Hansı məktəb yaxşıdır deyib gəzəsi olsanız bununla finləri təəccübləndirərsiniz. Onlar üçün yaxşı , pis məktəb anlayışı yoxdur. Ən əsası evə yaxın olsun, vəssalam.

Şagirdlərin sərbəst həyata alışması, təhsili daha əyləncəli etmək üçün bəzi gecələr məktəblərdə gecələyir, gecəni birlikdə keçirərək filmə baxır, kitab oxuyur, müzakirələr edir, rəqs gecələri təşkil edirlər.

İldə iki dəfə valideynlərlə fərdi görüşlər keçirilir.Uşaqların uğurları barədə valideynlərə məlumat verilir.

Dəqiq elmlər uşaqlara elə şəkildə təlim edilir ki, gələcəkdə uşaqlar bunun onlara nə üçün lazım olduğunu anlaya bilsinlər. Hansı dəqiq elmə getmək istədiyini şagird özü seçir və bunun izah etmək üçün məktəb direktoruna məktub da yazır.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »