Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəyə gətirilən külli miqdarda narkotik vasitələr aşkarlanıb
Ölkəyə gətirilən külli miqdarda narkotik vasitələr aşkarlanıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki,  Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, avqust ayının 25-də DSX-nin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 8 kiloqram 500 qram narkotikə bənzər vasitənin, 8370 ədəd psixotrop və güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaş­mağa cəhd göstərən 1 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Kərimov Ziyad Əhəd oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 500 qram narkotik maddəyə oxşar vasitə (7300 qram “marixuana”, 1000 qram “heroin”, 200 qram “metamfetamin”) və 8370 ədəd psixotrop tərkibli “Preqobalin” həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »