Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO baş katibi: “Kabil aeroportunda terror təhlükəsi artır”
NATO baş katibi: “Kabil aeroportunda terror təhlükəsi artır”

NATO-nun baş katibi Yens Stoltenberq “Financial Times” qəzetinə Əfqanıstanın paytaxtı Kabilin aeroportuna real terror hücumu təhlükəsindən danışıb.

Alyans rəhbəri terror təhlükəsinin artdığını vurğulayıb.

"Bir tərəfdən, mümkün qədər çox insanı çıxarmaq üçün çox vaxt keçirmək istərdik. Lakin 31 avqustdan sonra qalsaq, xüsusən “Taliban” bizə heç olmasa bir qədər gizli razılıq verməsə, hücum təhlükəsi artır", - Stoltenberq deyib.

O qeyd edib ki, Əfqanıstandan insanların təxliyəsi tarixdə ən genişmiqyaslı əməliyyatlardan biridir. NATO rəhbərinin sözlərinə görə, alyans hərbi kampaniyanın tamamlanmasından sonra insanları ticarət reysləri ilə çıxarmağa davam edəcək və "Taliban"dan quru sərhəd məntəqələrini açmağı tələb edəcək.

“Təxliyənin ən mürəkkəb hissəsi Əfqanıstan paytaxtının aeroportuna qədər yoldur, bu onunla əlaqədardır ki, “taliblər” ölkənin bütün ərazisinə nəzarət edirlər”, - Stoltenberq əlavə edib.(report)

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »