Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanov: "Aberdin"lə oyuna tam hazırıq"

"Çox vacib oyundur. Neçə matçdır ki, ağır yol gəlmişik. Sabahkı görüşdə bir komanda durmalıdır".

"Report"un məlumatına görə, bu fikirəri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını bildirib: "Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq".

Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycandakı oyunda "Aberdin"lə bağlı nələri öyrənmisiniz?

- Klub haqqında məlumatımız çoxdur. Sadəcə, hər oyunçunun potensialını daha yaxından öyrəndik və onları daha yaxşı tanıdıq. Çox istəkli komandaya və futbolçulara qarşı oynayacağıq. Mən həmişə düşünmüşəm ki, belə komandalara qarşı oynamağın faydası var. Yaxşı oyun öz yerində, "Aberdin"ə qarşı meydanda yaxşı mübarizə aparmalıyıq. Rəqibin fiziki cəhətdən yaxşı futbolçuları var. Çox şey demək olar. Bu gün hələ ki, bunlar bəs edər.

- "Aberdin"də hansı oyunçuları təhlükəli hesab edirsiniz?

- Hansısa oyunçu haqqında fikir bildirməmişəm. Amma komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Bakıdakı oyundan əvvəl də öz fikirlərimi bildirəndə demişdim ki, onların özlərinə məxsus oyun üslubları var. Həmin oyun üslubunu da oyunçuların hamısı düzgün yerinə yetirir. Çox bacarıqlı baş məşqçiləri var. Sabahkı oyunda yaxşı oyunçulara və kollektivə qarşı mübarizə aparacağıq. Bunun üçün hazırlaşmışıq.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »