Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq”
Ərdoğan: “2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq”

“2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib.

“2023 hədəflərimizlə ölkəmizi layiq olduğu inkişaf və demokratiya mərtəbəsinə çatdıracağıq. Bunun üçün var gücümüzlə çalışırıq. 2053 və 2071 məqsədlərimizlə isə Türkiyəni hər sahədə dünyanın ən güclü ölkələri arasında ilk sıralara gətirmə vəzifəsini gənclərə miras buraxırıq”, - o qeyd edib.

Türkiyə Prezidenti Bitlisin Ahlat bölgəsindəki tarixi məzarları Türkiyənin Orxon-Yenisey abidələri adlandırıb.

Qeyd edək ki, 1071-ci ildə baş verən Malazgirt döyüşündə Səlcuqlar dövlətinin sultanı Alparslan Bizans hökmdarı Diogen üzərində qələbə qazanıb. Bu tarix türklərin Anadolu və Ön Asiya coğrafiyasında hakim gücə çevrilməsi baxımından həlledici sayılır.(report)

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »