Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanadan xərçəng dərmanlarını aparan oğru ələ keçib
Xəstəxanadan xərçəng dərmanlarını aparan oğru ələ keçib

Türkiyədə qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Cinayət törədən şəxs xəstəxanadan xərçəng dərmanları aparıb. Amma kamera görüntüləri onu ələ verib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şişli Təhsil və Araşdırma Xəstəxanasında olub. Pəncərədən içəri daxil olan oğru ümumi dəyəri 250 min lirə (təxminən 30 min dollar) olan dərmanları aparıb.

Kamera görüntülərində onun necə davrandığı aydın görünür. O, əvvəlcə dərmanların qoyulduğu şkafın qapısını sındırır. Sonra lazım olanları çantasına doldurur. Oğru bunun ardınca xalatla əl izlərini silməyi də unutmur. Maraqlı məqamlardan biri onun oğurluq vaxtı tibbi maska taxmasıdır. Görünür, cinayətə əl atan adam küçədə diqqəti çəkməməyə çalışırmış. Nəzərə almaq lazımdır ki, hadisə günün işıqlı vaxtında qeydə alınıb.

Xərçəng dərmanlarını götürən şəxs kameraya düşəcəyini ehtimal etməyib. Yəni yetərincə diribaş davranmayıb. Xəstəxananın arxa qapısından çıxarkən onun sifət cizgiləri daha aydın görünüb. Polis görüntülər sayəsində tibb müəssisinə daxil olmuş şəxsin kimliyini müəyyənləşdirib.

Oğru qısa zamanda ələ keçirilib. Mediada yayımlanan videoda xəstəxananı soyan şəxsin elə görüntülərdəki geyimdə olması Şiş asayiş keşikçilərinin çevik hərəkət etməsindən xəbər verir. Adı açıqlanmayan oğru haqqında cinayət işi açılıb.

Maraqlıdır ki, 2020-ci ilin avqustunda da xəstəxanadan böyük oğurluq edilmişdi. Onda İstanbuldakı stomatoloji mərkəzdən dəyəri 55 min lirə (keçən ilin məzənnəsi ilə təxminən 9 min dollar) olan ağciyər aparatı aparılmışdı. Əslində, oğru bura gizli daxil olanda başqa cihaza və əşyalara ümid edirmiş. Amma stomatoloqlardan birinin körpə uşağı üçün aldığı bahalı cihaz qarşısına çıxanda bundan yan keçməmişdi. Yenə məhz kamera görüntüləri oğrunu ələ keçirməyə şərait yaratmışdı. Körpənin cihazını aparan şəxs bir neçə saat sonra kirayə yaşadığı mənzildə həbs edilmişdi. Mənzildə axtarış başqa dəlillər də ortraya qoymuşdu. Orada həmin şəxsin daha 15 yerdən oğurluq etdiyi üzə çıxmışdı.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »