Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Rusiya və Avropa İttifaqı arasında əlaqələr minimuma enib”
Lavrov: “Rusiya və Avropa İttifaqı arasında əlaqələr minimuma enib”

“Rusiya və Avropa İttifaqı arasında əlaqələr minimuma enib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avstriyaya səfəri çərçivəsində Vyanada avstriyalı həmkarı Aleksander Şallenberqlə keçirdiyi birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Onun sözlərinə görə, Rusiya və Avstriya dialoqun qorunmasında maraqlıdır.

A.Şallenberq isə görüş zamanı Sergey Lavrovla geniş dairədə müxtəlif mövzuların müzakirə edildiyini vurğulayıb. O bildirib ki, Əfqanıstandakı hadisələr, Ukrayna ilə bağlı məsələlər və Qarabağdakı son vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

“Beynəlxalq birlik Əfqanıstanın yenidən beynəlxalq terrorizm inkubatoruna çevrilməməsi üçün əlindən gələn hər şeyi etməlidir”, - o qeyd edib.

Avstriya XİN başçısı Rusiyanı Avropa reallığının bir hissəsi adlandırıb: “Bu belədir və belə də olacaq”.

Sergey Lavrov avstriyalı həmkarını Rusiyaya rəsmi səfərə dəvət edib.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »