Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmənin bəstəkar hakimindən şikayət: “Həbsdə saxlama müddəti bitəndən 29 gün sonra...”
Məhkəmənin bəstəkar hakimindən şikayət: “Həbsdə saxlama müddəti bitəndən 29 gün sonra...”

Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovdan Məhkəmə-Hüquq Şurasına şikayət olunub. Hakimin təqsiri sübuta yetirilməyən şəxs haqqında ittiham hökmü çıxardığı, onun prosessual qanunvericiliyin tələblərini pozduğu vurğulanıb.

Bizimyol.info xəbər verir ki, Vüsal Qurbanov bu yaxınlarda Tural Abbasovun 3 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsilə təqsirli bilinib.

Tural Abbasov 2020-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İttihamda yazılıb ki, onun üstündən 18 qram marixuana tapılıb. Tural Abbasov onunla eyni gündə, amma bir neçə saat əvvəl tutulan tanışı Həsrət Çələbiyevə 8 qram marixuana satmaqda ittiham olunur.

Tural Abbasov isə bildirib ki, bu ittiham yalandır, nə üstündən narkotik tapılıb, nə də kiməsə narkotik maddə satıb. Onun sözlərinə görə, polislər üstünə də, maşınına da baxış keçiriblər, amma heç nə tapmayıblar. Tural Abbasov təqsirsiz olduğunu vurğulayaraq, məhkəmədən bəraət verilməsini xahiş edib.

Tural Abbasovun vəkili Ramil Məmmədzadə müvəkkilinin 3 il azadlıqdan məhrum edilməsi barədə hökmü qanunsuz və ədalətsiz sayır. Vəkil Məhkəmə-Hüquq Şurasına şikayətində yazıb ki, Tural Abbasovun barəsində həbs qətimdan tədbirinin müddəti bitəndən 29 gün sonra məhkəmənin hazırlıq iclası keçirilib. Bu da ciddi qanun pozuntusudur. Çünki o, faktiki barəsində həbs qərarı olmadan həbsdə saxlanılıb.

Bundan başqa, məhkəmənin hazırlıq iclasının qərarı bütövlükdə məhkəmə prosesi başa çatana qədər iş materiallarına əlavə edilməyib.

“Tural Abbasov qərar olmadan tutulub. Tutulmasının qanunauyğunluğunun yoxlanması barədə ərizəni Nəsimi rayon Məhkəməsi rədd edib. Bu da onun qanunsuz tutulmasıyla bağlı əsas sübutdur. Dövlət ittihamçısı məhkəməyə sübutların siyahısını təqdim etməyib. Raportda yazılıb ki, Tural Abbasov başqa bir cinayət işi üzrə izahatı alınması üçün polis bölməsinə gətirilib. Halbuki, polislər onu həbs edərək gətiriblər. İş materiallarında şahid Nizami Məmmədovdan alınan ifadə var. Orada onun Tural Abbasovdan narkotik aldığı qeyd edilib. Lakin Nizami Məmmədov sonradan Tural Abbasovla üzləşməkdən imtina edib. Ona görə də ifadəsi sübutlar siyahısından çıxarılıb. Bütün bunlar ittihamın qondarma olduğunu sübut edir. Amma hakim Vüsal Qurbanov bu faktların heç birinə hüquqi qiymət verməyib. Hakim hökmdə Tural Qurbanovun həmin gün Həsrət Çələbiyevlə telefonla danışmasını sübut kimi götürüb. Bu adamlar uşaqlıq dostudular, tez-tez əlaqə saxlayıblar, görüşüblər. Hakim hansı əsasla bu zəngin narkotik maddə ilə əlaqəli olduğu nəticəsinə gəlib? Bu sualın cavabı yoxdur. Hökmü elan edən hakimə belə qanunsuz və əsassız hökm çıxarılmasına görə etirazımızı bildirdik. Hökmü əsaslandırmasını istədik. Cavabı belə oldu ki, əsaslandırmanı hökmü alanda oxuyarsız. Dedi ki, “mən Tural Abbasova bəraət verə bilmirəm, amma o maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı cəzanı verdim”, - vəkil şikayətində qeyd edib.

Hakim Vüsal Qurbanovun ünvanına səslənən ittihama münasibətini öyrənmək üçün Nərimanov Rayon Məhkəməsilə əlaqə saxlasaq da, hakim məsələ ilə əlaqədar şərh vermək istəməyib.

Hakim Vüsal Qurbanov həm də bir sıra mahnıların bəstəkarıdır.

Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »