Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqəmsal ticarətlə bağlı müqavilə hansı dəyişikliklərə səbəb olacaq…
Rəqəmsal ticarətlə bağlı müqavilə hansı dəyişikliklərə səbəb olacaq…

2021-ci il aprelin 2-i tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Bu imzalanan sənəddən sonra onlayn ticarətə olan maneələr azalacaqmı? Bu qərarın faydası nələrdir? Hansı dəyişiklər olacaq?

Natiq Cəfərli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu ilin aprel ayında imzalanan 15 saziş var və bu sazişlərin addım-addım təsdiqlənməsinin şahidi oluruq.

Natiq Cəfərli Natiq Cəfərli

“Bu sazişlər nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin yüksəlməsi, iki qat vergiləndirilmədən tamamilə azad olunması, yəni, hər hansısa şirkət və ya fiziki şəxs məhsula görə bir ölkədə vergi verirsə, eyni məhsula görə digər ölkədə vergi verməyəcək. Bu ticarət dövriyyəsinin daha da genişləndirilməsinə şərait yaradacaq. Rəqəmsal ticarətlə bağlı müqavilənin imzalanması Türkiyə ürəzindən və ya Türkiyənin özündən məhsulların sifarişini, Azərbaycana gətirilməsini xeyli dərəcədə ucuzlaşdırmalıdır.

Digər 15 müqavilədə nəzərdə tutulmuş iki qat vergi və gömrük rüsumlarının tutulmaması, rəqəmsal ticarətlə bağlı protokol Azərbaycan istehlakçıları üçün daha əlverişli şərait yaratmalıdır. İndi isə bunun həyata keçirilmə qaydalarını görmək lazımdır. Türkiyə tərəfindən problemin olacağını düşünmürəm. Türkiyədən Azərbaycana sifariş verilən məhsulların həcmi, Azərbaycandan türkiyəyə sifariş verilənlərdən daha çoxdur”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda gömrük sistemi, poçt daşımaları, karqo şirkətləri bu müqavilədən irəli gələn qaydalara əməl etməlidir.

“Əgər həmin qaydalara əməl olunarsa, bu Azərbaycan vətəndaşları üçün Türkiyədən malların sifarişini, gətirilməsini həm biznes, həm fiziki, hüquqi nöqteyi nəzərindən ucuzlaşdırmalı və asanlaşdırmalıdır. Əgər bu baş verərsə, Azərbaycan bazarında türk məhsullarının ucuzlaşmasının şahidi ola bilərik”,-deyə bildirib.

İnformasiya Texnologiyaları üzrə ekspert Səkinə İlqarqızı isə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Türkiyə və Azərbaycan prezidentlərinin regionda yeni əməkdaşlıq təklifi çox məqsədəuyğundur və burada region ölkələrinin hamısının iştirakı ehtimal olunur.

“Azərbaycan bu gün bölgənin güclü ölkəsinə çevrilib. Vətən müharibəsində Azərbaycan bunu bir daha sübut etdi. Azərbaycan hərbi və iqtisadi üstünlüyün özündə olduğunu göstərdi. Bu gələcək üçün çox mühüm nəticələrə gəririb çıxaracaq.

Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir. Hesab edirəm ki, regional əməkdaşlıq bütün ölkələrə faydalı olacaq. Bundan başqa, Azərbaycan müharibə zamanı xarici siyasəti və həyata keçirdiyi diplomatiyası ilə həqiqətən çox böyük uğura imza atıb. Bu, tərəddüdsüz böyük zəfərdir. Azərbaycan Vətən müharibəsi zamanı döyüş meydanında Qələbə qazandı. Eyni zamanda, diplomatiya və xarici siyasət sahəsində də böyük zəfər əldə etdi.

Unutmaq lazım deyil ki, Türkiyyə istehsalı olan PUA-larında Vətən Müharibəsinin qələbəsində çox mühüm rolu oldu.

Düşünürəm ki, bundan sonra Türkiyə-Azərbaycan əlaqələri getdikcə bir çox sahələrdə daha da dərinləşəcək. Böyük lider, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı hər sahədəki əməkdaşlığımızda özünü göstərir. Vətən müharibəsində Türkiyənin mövqeyi, Azərbaycanın əldə etdiyi Zəfər əslində bu kəlamın reallıqda növbəti canlı sübutu oldu”.

Leyla Mirzə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »