Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süd pulu almaq üçün pasport tələb edilir
Süd pulu almaq üçün pasport tələb edilir

Dünən xalq artisti Zümrüd Məmmədovanın bacısı, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru Arzu Mövludun koronavirus xəstəliyindən vəfat etdiyi ilə bağlı xəbərlər dərc olundu.

Bunun ardından müğənni açıqlama verərək, bacısının alergiyasının olduğunu, vaksin vurdurmaq istəmədiyini, lakin onu məcbur etdiklərini və vaksin vurdurandan sonra boğularaq öldüyünü bildirdi.

Bu məlumatlar təbii ki, vaksinə qarşı əks göstəriş verə biləcək xəstəlikləri olan insanları təşvişə saldı. Çünki bir çox insanlar indiyə qədər keçirdikləri xəstəliklərin bir çoxunu sübut edə bilməyəcək vəziyyətdədir. Niyə? Çünki Səhiyyə Nazirliyi bildirir ki, əks göstəriş sənədi verilərkən müraciət edən şəxsin tibbi sənədlərinə baxılır və vaksinə görə əks göstəriş hesab edilən xəstəlik nəzərə alınır.

Burada problem ondan ibarətdir ki, vətəndaşların çox hissəsi qeydiyyatda olduğu poliklinikanı heç tanımır, hər hansı ciddi xəstəliyi olduqda ilk üz tutduğu yer poliklinikalar deyil. Bu poliklinikalara inamsızlıqdan irəli gəlir ya y ox onu deyə bilmərik, amma bu reallıqdır.

Çoxlarımızın indiyə qədər keçirdiyimiz bir çox müxtəlif xəstəliklərə baxmayaraq “kartıçka”mız demək olar ki, boşdur. İndiyə qədər keçdiyimiz xəstəlikləri sübut etmək üçün əlimizdə heç bir sənəd, sübut yoxdur. Onda bizim işimiz Allaha qalıb?

Başqa bir məsələ isə odur ki, Nazirlik açıqlamalarında bildirir ki, hamilələr, süd verən analar vaksin vurdurmaqdan azaddırlar. Lakin bir çox yeni doğum etmiş analar süd pulu ala bilməkdə çətinlik çəkirlər. Dövlət orqanları vətəndaşları incidirlər. Yeni doğum etmiş, körpəsinə süd verən analardan vaksin pasportu tələb edirlər. Bu halların sayı hədsiz çox olsa da, qanunsuz hərəkətlərinə görə heç bir dövlət orqanı, məmuru cəzalandırılmır.

Karantin qaydalarını pozan insanlar kimi dövlət qanunlarını pozanlarında cəzasını almağın vaxtı deyilmi?

Leyla Mirzə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
Son xəbərlər
Bütün xəbərlər »