Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin vurdurmaq könüllüdür, lakin könüllü olmaq məcburidir
Vaksin vurdurmaq könüllüdür, lakin könüllü olmaq məcburidir

III dalğa başlayıb. Demək olar ki, hər iki ailədən birində ən az bir xəstə var.

Elə ailələr var ki, hamılıqla xəstələniblər. Təbii ki. artımın bu miqyası almasında peyvəndləmənin də rolu var. Vaksin olunmuş şəxslər daşıyıcıdırlar və ətrafındakılar üçün özləri də istəmədən yoluxdurucu roluna düşürlər. Bu barədə bir dəfə ətraflı yazdığımıza görə təkrar ən uzun uzadı yazmayacam.Lakin peyvənddən başqa da hələlik ayrı yolumuz yoxdur. Bir xəstənin sağaldılamsı ailə büdcəsi üçün əməlli başlı xərcə çevrilir. İynə , dərman, sitem deyərkən 400 manatdan keçməli olurlar. Təki can sağ olsun deyərək. An isə bir türlü sağ ola bilmir. Artıq II ilimizi qurban edirik. Niyə bu qədər xərc alınır deyərsək , TƏBİB-dən cavab ala bilməyənlər keçirlər özünü müalicəyə. Gah aptekdə əzcazçının dediyini alırlar, gah qohuma qonşuya tətbiq edilən dərmanları. Gərəkli gərəksiz,

İnsanları koronavirus yox, TƏBİB-in laqeyd münasibəti öldürür. Onlarla şikayət daxil olur redaksiyamıza, hamı eyni şeyi deyir. “Neçə gün əvvəl poliklinikadan gəlib yaxma götürüblər, amma cavab hələ cixmayib. Adamlar korona olub olmadığını bilmir, küçələrdə gəzirlər, ünsiyyətdə olurlar. TƏBİB-in 1542 nömrəli qaynar xətti isə saatlarla cavab vermir. Bu azmış kimi sahə həkimlərinin çoxu da xəstələrdən qaçırlar”.

Həmkarımız Yeganə Quliyeva 5 gündür testin nəticəsini gözləyir..Evində xəstə yatır bir cavab verən yoxdur. Cavablar bu qədər gecikirsə gündəlik statistikada olan test sayı haradan götürülür? Bu testlərin, yaxmaların cavabı bu qədər gec verilirsə gündə edilən minlərlə test kimə edilir?

Cavabin çıxmağı nə qədər çəkməlidir? Poliklinikalar koronavirus xəstələrinə dərman vermir, halbuki bu dərman qanunla verilməlidir. Poliklinikalar xəstəyə deyir ki, gedin dərmanı TƏBİB-dən alın. Sadə vətəndaşın TƏBİB-lə əlaqə saxlaması avtobusla Aya uçmaq qədər imkansızdır.

Vaksin deyib o qədər dad edirlər, təbliğat işə yaramır, zora keçirlər. Bunu bir yolluq məcburu demək lazım idi, yoxsa könüllü adı altında məcburi tətbiq müxtəlif qanunsuzluqlara, korrupsiya hallarına yol açır. Azərbaycanda qəribə tendensiya yaranıb. Vaksin vurdurmaq könüllüdür, lakin könüllü olmaq məcburidir. Demək olar ki bütün məktəblərdə müəllimlər valideynlərə deyiblər ki, vaksin olunmasaz uşaqlar dərsə gəlməsin, kitab verilməsin. Dəqiqləşdirmək istəyəndə deyirlər yox şaiyədir, təkzibdir. Bu qədər şaiyəni bütün valideyinlər yığışıb nə zaman planladılar, necə oldu hamı eyni yalanı dedi?

Qurunun oduna yaşı da yandırırlar. Allergiyası olan, onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlara bu anlamda əziyyət verilir.Özünü sübut edib, “mənim vaksin vurdurmam təhlükəlidir, arayış verin” deyərək saatlarla növbələrdə gözlədilirlər.

Jurnalist Ülviyyə Quliyeva yazıb ki, qonşuluğunda yaşayan 2 aylıq hamilə qadın işini itirməmək üçün məcbur olub vaksin vurdurmağa. Sonra da qorxusundan uşağını abort etdirib. Bu artıq cinayətdir.

Başqa bir dərd də apteklərdə yaranan ciddi bahalaşmadır. əslində bahalaşma bazarda da var , həm də iki- üçqat artımla.

Koronavirus xəstəsinə hava-su kimi lazım olan termomet, vitamin “C” və başqa ilkin yardım vasitələrinin qiymətinin artıb. Bu xəstəliyin başa çatmasını yəqin ki ən az aptek sahibləri istəyir.

Karonavirusa təsir edən konkret antiviral preparat mövcud deyil.Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb.O antiviral dərmanları protokollara yazan adamda yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur. Lakin çarəsizlik, əzizini itirməmək qorxusu insanı nələ vadar etmir?

İnfeksionist Vüqar Cavadzadə bildirib ki, Favipiravir, Remdesivir və s. kimi preparatları ev şəraitində neçə gəldi yazılır.Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb qəbul edirlər.

“Antiviral preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur.

Hələ dünyada sadə herpes virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, karonavirusuna qarşı tapılsın.Bəlkədə zaman gələgək, sübut olunagaq ki, bu antiviral preparatlar kovidin müalicəsində düzgün tətbiq edilməyib, neçə neçə xəstə koviddən yox,bu preparatların toksiki təsirindən dünyasın dəyişib”,- deyir doktor.

Bizləri koronavirusdan da çox ətrafımızın, elə birinci növbədəbu işə cavabdeh olan Operativ Qərargahın, TƏBİB-in tətbiq etdiyi qorxu siyasətidir. Qorxularımızdan, dərdlərimizdən, bəlalarımızdan bəslənən, sərvət toplayanların siyasətidir.

İlhamə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »