Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan parlamentində dava: Ohanyanın eynəyini qırdılar - Video
Ermənistan parlamentində dava: Ohanyanın eynəyini qırdılar - Video

Ermənistan Parlamentində bu gün səhər saatlarında yenidən gərginlik yaşanıb və deputatlar bir-birinə su qabları atıblar.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, vəziyyət “Vətəndaş sazişi” blokundan Ayk Sarkisyanın çıxışı zamanı gərginləşib.

A.Sarkisyan öz çıxışı zamanı bildirib ki, orduya rəhbərliyi zamanı insanların pulla və ya bir zənglə xidmətdən yayındığı müdafiə nazirləri xainlərdir.

Onun bu sözləri sabiq müdafiə naziri Seyran Ohanyanın da təmsil olunduğu müxalifət nümayəndələrinin qəzəbinə səbəb olub. Deputatlar bir-birinə su qabları ataraq, əlbəyaxa çıxıblar, daha sonra isə zala mühafizə xidmətinin əməkdaşları daxil olublar. Mətbuatda yazılanlara görə, spiker Alen Simonyanın göstərişi ilə canlı yayım dayandırılıb və fasilə elan olunub, lakin fasilə vaxtı da deputatlar sakitləşməyiblər.

“Ayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan isə müxalifətə açıqlamasında bunun daa yox, qarşıdurma olduğunu bildirib.

Jurnalistin “Paşinyan da iclasda idimi?” sualına sabiq nazir belə cavab verib: “Bilmirəm, mənim eynəyim sınmışdı, elə indi də yaxşı görmürəm”.

Xatırladaq ki, Seyran Ohanyan 1999-2007-ci illərdə Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin silahlı dəstələrinin “komandan”ı, daha sonra bir il Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, 2008-2016-ci illərdə isə Ermənistanın müdafiə naziri olub. 2020-ci il 44 günlük müharibə zamanı separatçı rejimin “prezident”inin müşaviri və Şuşanı Azərbaycan ordusundan “qorumağa” çalışan komandirlərdən biri olub. Azərbaycan SQ-nin tarixə qovuşdurduğu 200 kilometrlik beton səddən ibarət “Ohanyan xətti” də Seyran Ohanyanın Ermənistan ordusuna rəhbərlik etdiyi zaman çəkilib.

Ermənistan parlamentində baş verənləri Bizimyol.info saytına şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ermənistan parlamentinin bundan əvvəlki çağırışında iclaslar indikinə nisbətən daha sakit və qalmaqalsız keçirdi.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Bundan əvvəlki çağırışda iqtidarla müxalifət arasında müəyyən dialoq var idi. İndiki çağırışda isə Paşinyan hökumətini xəyanətdə və bacarıqsızlıqda ittiham edən “Qarabağ klanı” parlamentdə oturur. Paşinyan və tərəfdarlarının seçkidə qələbə qazanmasına baxmayaraq, gərginlik və qarşıdurma hələ də səngiməyib. Davamlı olaraq iqtidar və müxalifət nümayəndələri bir-birini nədəsə ittiham edir, xəyanət və casusluqda günahlandırırlar”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, parlament müxalifətinə sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etməsi vəziyyəti daha da gərginləşdirir.

“Robert Köçəryan və Serj Sarqsyan seçilsələr də, parlamentə getmədilər, bir növ deputat mandatını özlərinə uyğun görmədilər. Lakin onlar, parlament müxalifətinə rəhbərlik etməyi faktiki olaraq ikisinin də yaxını, “klan” yoldaşı olan Seyran Ohanyana həvalə etdilər. Bir sözlə, Paşinyana qarşı siyasi rəqib boşluğunu parlamentdə Ohanyan doldurmaqdadır. Onun da siyasətdən uzaq olması, həmçinin parlamentarizm ənənələrindən xəbərdar olmaması vaxtaşırı bu cür gərginliklərə, əlbəyaxa çəkişmələrə gətirib çıxarır”, - deyə E.Şahinoğlu bildirib.

O əlavə edib ki, Seyran Ohanyanın nazir olduğu zaman Ermənistan ordusunda baş verən mənfi hallar tez-tez iqtidar təmsilçilərinin ona “sataşması” üçün əsas verir.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »