Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni ştamm Delta ştammından daha ölümcül olacaq"
"Yeni ştamm Delta ştammından daha ölümcül olacaq"

İmmunoloq professor Sey Reddi, Covid-22 adlandırdığı yeni ştammın delta ştammından daha ölümcül olacağını açıqlayıb. Professor bununla bağlı İsveçrənin "Blick" saytına müsahibəsində bildirib.

Həkim 2022-ci ildə "böyük bir risk" yarada biləcək yeni bir ştammın meydana gələcəyi ilə bağlı xəbərdarlıq edib.

Müsahibədə Reddi qeyd edib ki, Covid-22 hazırda şahidi olduğumuz ştammlardan daha pis olacaq. Həkim hazırda tüğyan edən delta varyantını isə Covid-21 adlandırıb.

Reddi həmçinin bildirib ki, belə bir ştammın meydana gələcəyi mümkün olduqca tez müəyyən edilməli və vaksin istehsal edənlər yeni ştamma qarşı müqaviməti güclü vaksinlər barədə düşünməlidir.

Böyük Britaniya alimləri isə gələcəkdə mutant ştammın ortaya çıxa biləcəyini açıqlamışdı. Onların fikrincə, Beta varyantının daha yoluxucu Alfa, Gamma və ya Delta varyantları ilə birləşməsi halında dünyaya yayılacaq yeni ştamm, bütün vaksinlərə qarşı müqavimətli olacaq. "Rekombinasiya" adı ilə tanınan bu dövr isə artan ölüm səviyyəsinə görə, dünyada səhiyyə sistemlərini çətin vəziyyətə salacaq.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »