Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alın, bu da sizə İmam!
Alın, bu da sizə İmam!

Qara Şəhərli

İllər əvvəl hardasa, hansı xəbər platformasındasa - yalan-gerçək oxumuşdum ki...

Bəs deməzsən, İranda hansısa dağda - mağaranın girişində yəhərli-yüyənli bir at saxlayırlar. Səbəb: 12-ci İmam Mehdi Sahibəzzəman o mağaradan çıxıb gələndə o atı minsin. Piyada qalmasın. Bəndəniz də yazmışdı ki, onda elədirsə, orda sıfır kilometr bir Lexus 570 saxlayın da! At nəmənə?!

Amma, bax, sən demə, 12-ci İmam İranda yox, Azərbaycanda peyda olacaqmış! Nə mağara, nə at, canım-gözüm?! Hətta nə Lexus 570?! Adamın bahalıdan baha maşınları, villaları, mağazaları! Tam bir Oliqarx.

Bizim prokurorlar da lap dinsizmiş ki! "İmam"ı tutublar. Niyə tutursunuz?! Hazır elə "12-ci İmam zühur elədi" kimi aktlaşdıraq. Sənədləşdirək. Rəsmən bu adamı İmam Mehdi kimi tanıyaq, getsin. Özünü də türmədən buraxıb təntənəli qarşılanma mərasimi keçirək. "Xoş gəldin" eləyib keçirək yuxarı başa. Şeyxi də çıxarıb bunu Ruhani İdarəsinə sədr qoyaq. Day nə qədər Mehdi gözləyəcəyik ki?! Bir il deyil, beş il deyil, heç 5 əsr də deyil, 10-12 əsr boyunca bir adamı gözləmək olar?! Mənim birini 10-12 dəqiqə gözləməyə səbrim yoxdur heç. Gözümüzün kökü saraldı ki!

Bir də ki 12-ci İmam deyirdiniz, alın bu da sizə İmam. Nömrəsini də yapışdırın. 12 rəqəmini.

Sadəcə...Bakı Nəqliyyat Agentliyi Əhmədlidən - "radiozavod" tərəfdən gələn, Qara Qarayev prospektindən Rizvan Teymurova burulub Ağciyər İnstitunua qədər gedən o avtobusun nömrəsini dəyişsin.

Qərəz, bu Aqil Babayevi 12-ci İmam kimi tanıyaq getsin əşşi. Nə itiririk ki?! Əvəzində qəttəzə bir İmam qazanırıq. Həm kim deyib ki, 12-ci İmam gəlib bizi xilas edəcək?! Hardan bilirik?! O ehtimal var ki, əksinə olacaq; gəlib əlimizdə nəyimiz var, tutub alacaq bəlkə!

Bu "saxta" dediyimiz İmam bir nəfəsdə tək bir adamdan 450 min qapazlayıb cibinə qoya bilirsə, indi gör, gerçək İmam gəlsə, nə olar! Bir də ki adını eşitdiyiniz İmama inanırsınız da, gözünüzlə gördüyünüz, əlinizlə toxuna bildiyiniz "İmam"a niyə inanmlrsınız?! Hələ bir neçə yüz min zərərlə bu "İmamgəldi" söhbətini bağlaya bilsək, özü də böyük işdir...

Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Son xəbərlər
Bütün xəbərlər »