Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biri qadın olmaqla “patı” satan 11 nəfər saxlanılıb
Biri qadın olmaqla “patı” satan 11 nəfər saxlanılıb

Lənkəranda növbəti “patı” əməliyyatında biri qadın olmaqla on bir nəfər saxlanılıb, onlardan birinin oğurluq əməlinin üstü açılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini – S.Hüseynov, E.Nəcəfov, F.Ələskərov, N.Əliyeva, O.Məmmədov, M.Beyçayev, X.Nəzərov, B.Fərziyev, R.Nəzərov və Ş.Axundov, T.Şıxcanov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən biri T.Şıxcanovun şəhər ərazisindəki evlərdən birindən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib. Həmin şəxs oğurladığı pul müqabilində aldığı avtomobildə saxlanılıb, pulun qalan hissəsi və qızıl-zinət əşyaları isə həmin avtomobildən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »