Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
G7 ölkələri “Taliban”la gələcək əlaqələr qurmaq barəsində yol xəritəsi qəbul edib
G7 ölkələri “Taliban”la gələcək əlaqələr qurmaq barəsində yol xəritəsi qəbul edib

Britaniyanın Baş naziri Boris Conson G7-nin “Taliban”la gələcəkdə qurulacaq əlaqələrlə bağlı yol xəritəsi qəbul etdiyini açıqlayıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Baş nazir Boris Conson G7 ölkələrinin bu gün virtual keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, G7 təxliyə məsələsi ilə bağlı ortaq bir məxrəcə gəlib, eyni zamanda “Taliban”la gələcəkdə əlaqə qurma barəsində yol xəritəsi qəbul edib.

Baş nazir qeyd edib ki, G7 ölkələri 31 avqustdan sonra Əfqanıstanı tərk etmək istəyən insanların təhlükəsiz keçidində israr edəcək.

"G7 olaraq qoyduğumuz bir nömrəli şərt, 31 avqusta qədər və ondan sonra da çıxmaq istəyənlər üçün təhlükəsiz keçidin təmin edilməsidir. Bəziləri “Taliban”ın bunu qəbul etməyəcəyini söyləyəcək, ancaq G7-nin iqtisadi, diplomatik və siyasi baxımdan çox əhəmiyyətli gücü var”.

Baş nazir bildirib ki, G7 gələcəkdə “Taliban”la ünsiyyət qurmağa razıdır, lakin Əfqanıstan yenidən terror yuvasına geri dönə bilməz və 18 yaşına qədər qızlar mütləq təhsil almalıdırlar.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »