Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın daha bir dövləti miqrantlara görə sərhədlərini bağlayır
Avropanın daha bir dövləti miqrantlara görə sərhədlərini bağlayır

Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsi həm də miqrant böhranını böyüdür. Onsuz da Baltikyanı ölkələrin sərhədlərində ciddi problemlər ortaya çıxır. Belarus bura xeyli asiyalı miqrantı toplamaqda ittiham olunur. Əfqanların ölkədən qaçmağa başlaması böhranı dərinləşdirir.

Bizimyol.info xəbər verir ki, Latviya və Litvanın ardınca Avropanın daha bir dövləti sərhədlərini bağlamaq qərarına gəlib. Macarıstan miqrant axınının qarşısını almaq üçün ciddi tədbirlərə başlayıb. Şərqi Avropa ölkəsi Serbiya ilə sərhədə diqqəti artırıb. Məhz bu istiqamətdən ölkəyə çoxlu əcnəbi qanunsuz şəkildə daxil olur.

Macarıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, polis və hərbçilər ötən həftəsonu Serbiya ilə sərhədi keçən xarici ölkələrin 860 vətəndaşını saxlayıb. Ümumilikdə keçən həftə 2 mindən çox əcnəbiyə ölkənin dərinliklərinə getməyə imkan verilməyib. Polis Tisa çayı ətrafında 65 suriyalının qarşısını alıb. Qara kəndində 14 əfqan ortaya çıxarılıb. Suriyalıların, ümumiyyətlə, heç bir sənədi yoxmuş.

Miqrantların bəzisi özünü çox aqressiv aparıb. Polislə qarşıdurma yaşanıb. Asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə etməli olub. Rumıniya, Xorvatiya, Ukrayna ilə sərhədlərdə də vəziyyət fərqli deyil. Macarıstan polisi və ordusu bütün gücünü bu problemin aradan qaldırılmasına yönəldib. İnsan qaçaqmalçılığı ilə məşğul olan onlarla şəxs həbs edilib.

Macarıstan Xarici İşlər Nazirliyi ölkə sərhədlərində heç vaxt bu qədər çətin durumunun yaranmadığını açıqlayıb. Əvvəllər nəinki həftə ərzində, bütün yay boyu sərhədi qanunsuz keçməyə cəhd edənlərin sayı 2 minə çatmırmış. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi vəziyyəti lap qəlizləşdirib. Macarıstan sərhədləri bağlamaqdan başqa yol görmür.

Son bir ayda Latviya və Litva miqrant axınının qarşısını almaq üçün mübarizə aparır. Belarusla sərhəddə daha çox iraqlılar üz tutur. Amma Asiyanın başqa ölkələrindən, o cümlədən, Əfqanıstandan gələnlər də var. Baltikyanı dövlətlər Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi rejiminin süni miqrant problemi yaratdığına inanır.

Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »