Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor etiraz etdi: Çin peyvəndi təsirsizdir, insanları aldatmayın
Professor etiraz etdi: Çin peyvəndi təsirsizdir, insanları aldatmayın

“Sinovac rəsmilərinin delta variantı barədə dediklərini və eləcə də müxtəlif ölkələrin praktikasında rast gəlinənləri görməzdən gəlib insanları bu mərhələdə Sinovac peyvəndini vurdurmağa çağırmaq elmi əsaslı deyil. Bir neçə ay əvvəl yalnız peyvənd çıxış yoludur və hər şey onunla bitəcək deyən şəxslərin indi peyvəndin effektinin sadəcə 6 ay olduğunu deməsi insanların Azərbaycan səhiyyəsinə olan ölmüş inamının basdırılması deməkdir. . Önümüzdəki aylarda bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda peyvənd alan insanlar arasında yoluxmalar maksimuma qalxacaq. Azərbaycanda isə vəziyyəti daha təhlükəli edən Sinovac peyvəndinin çoxluq təşkil etməsi olacaq. Digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəliyin əvvəlki şəkildə ağır keçmə riski daha böyükdür. Bu istiqamətdə əhalinin maarifləndirilməsi mütləq aparılmalıdır və səhiyyədə ciddi addımlar atılmalıdır”.

Bu fikirləri öz sosial şəbəkə hesabında Almaniyada yaşayan soydaşımız, məşhur həkim, professor Nuran Abdullayev səsləndirib. Pandemiya dövründə müntəzəm olaraq insanları aydınladan həkim bildirib ki, Sinovac artıq rəqabətdə önəmli dərəcədə geri qalıb.

Nuran Abdullayev Nuran Abdullayev-Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru

“Buna səbəb həm onun effektivlik faizinin zaman keçdikcə nəzərə çarpacaq dərəcədə aşağı düşməsi, həm də delta variantı oldu. Bütün bunları nəzərə alaraq artıq Sinovac yeni, xüsusilə delta variantına qarşı yüksək effektivlik sərgiləyəcək peyvəndin hazırlıqlarını bitirmək üzrədir. Ümumiyyətlə isə son günlər tanış olduğum elmi tədqiqatlar və müzakirələr onu deməyə əsas verir ki, delta variantından da təhlükəli virus variantının olması mütləqdir və qaçılmazdır”,- deyə Nuran Abdullayev bildirb.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
Son xəbərlər
Bütün xəbərlər »