Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İlahi rəngdə olan insanlar və məkanlar var"
"İlahi rəngdə olan insanlar və məkanlar var"

İnanc insanı həyata bağlayan hissdir. Bəzən insanlar batil inanclarla həyata tutunmağa, yaşamağa çalışırlar.

Azərbaycanda "Butulka piri", "Qaloş piri", "Xoruz piri" və s. digər adlarla məşhur olan pirlər var.

Dəfələrlə ibadətgahlarda, pir və ziyarətgahlarda insanların Tanrıya deyil, ziyarətgah sahibindən dilək diləmələrinin şahidi olmuşam. Halbuki, Qurani Kərimin ən-Nisa surəsinin 48-ci ayəsində deyilir ki, “Həqiqətən, Allah Ona şərik qoşanı bağışlamaz, bundan başqa istədiyi şəxsləri bağışlaya bilər. Allaha şərik qoşan şəxslər, şübhəsiz, ən ağır günah işlətmiş olurlar”. Yəni batil inanclar Allaha şirk qoşmaq deməkdir.

İnsanlar niyə batil inanclara inanır? İnanclarla dini fərqləndirən nədir?

Fəlsəfə doktoru Mail Yaqub Bizimyol.info saytına açıqlamasında bildirib ki, inanc daha geniş anlayışdır. Din isə inanclardan bir qismidir.

Mail Yaqub Mail Yaqub

"Təbii ki, dinin əsasında inam və iman dayanır. Tək Allaha, Onun peyğəmbərlərinə və ölümdən sonrakı həyata - Qiyamət gününün ədalətli mühakiməsinə inam və iman. İlahi rəngdə olan insanlar və məkanlar var. İnsan həmin ilahi rəngli məkanlarda olarkən və həmin rəngə boyanmış insanlarla ünsiyyət qurarkən hüzura çatır, qəlbi rahatlanır. Müasir amerikalı filosof Uilyam Cems buna "Religious experiens" - Dini təcrübə deyir. Yəni insan nəzəri yox, praktik və praqmatik olaraq o hüzuru görür, yaşayır" - deyə M. Yaqub qeyd edir.

Onun sözlərinə görə, pirlər, ziyarətgahlar və ibadət evləri belə məkanlardandır. Bunu hər kəs təcrübə edə bilər.

Mütəxəssis qeyd edir ki, bu, insan psixologiyası ilə əlaqəli məsələdir. Təbii ki, hər bir işdə ifrata varmaq o işinə faydalılığına və gözəlliyinə kölgə salır.

"Məsələn, qidalanmaq faydalıdır, lakin zərərli yemək və ya həddən artıq çox yemək zərərlidir. Pirlərə və ziyarətgahlara tapınmaq da bəzən ifrat forma ala bilər. Şübhəsiz, heç kim və heç bir inanclı belə düşünməməlidir ki, ziyarətgahda uyuyan ülvi şəxs ona birbaşa mənəvi və ya maddi yardım edəcək. İnanclı insan bütün dualarını Allaha yönəldir, sadəcə həmin pirlər və ziyarətgahlar vasitədir, insan orada sanki Allaha daha yaxın olur, ordakı mənəvi ab-havada olan insan Allaha daha saf və səmimi duyğularla tapınır"- deyə M.Yaqub əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »