Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyanın generalları ancaq onun özünə problem yarada bilərlər”
“Paşinyanın generalları ancaq onun özünə problem yarada bilərlər”

“Ermənistanın baş naziri Nikol Paşinyan özü də bu gün parlamentdə etiraf etdi ki, Ermənistanın ölkə daxilində Qarabağ məsələsinə yanaşması həmişə xaricdə - danışıqlar masasında ortaya qoyduğu mövqedən fərqlənib.”

Bunu hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info saytına bildirib.

Ədalət Verdiyev Ədalət Verdiyev

Onun sözlərinə görə, Paşinyanın etiraf etdiyi fikir və mövqe ayrılıqları özünü orduda da göstərib.

“Paşinyanın bu çıxışı onu göstərdi ki, Ermənistan ordusunun rəhbərliyində siyasiləşmiş zabitlər çoxluq təşkil edir və onlar münaqişənin razılaşmalar çərçivəsində həllinə mane olurlar”, - deyə ekspert vurğulayıb.

Ə.Verdiyev qeyd edib ki, Paşinyan öz çıxışında mətnaltı olaraq, başqa bir nüansa da toxunub: “O, bununla da işarə etdi ki, orduda “general təmizləmələri” davam edəcək. Hələ Ermənistan ordusunun vahid mərkəzdən idarə olunması, bütün qoşun birləşmələrinin baş nazirə tabe olması baş tutmayıb. Paşinyan Ermənistan ordusunun son uğursuzluqlarını ordunun siyasiləşməsi ilə əlaqələndirməyə çalışır”.

Ekspert vurğulayıb ki, yaxın zamanlarda Ermənistan ordusunda növbəti kadr dəyişiklikləri də gözləniləndir.

«Hesab edirəm ki, yaxın zamanlarda daha bir neçə generalın öz vəzifəsi ilə vidalaşmasının şahidi olacağıq”, - deyə Ə.Verdiyev əlavə edib.

Başqa bir hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Ermənistan ordusunun hazırda ən böyük problemi silah-sursat çatışmazlığı yox, şəxsi heyətlə bağlı problemdir.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Ermənistan ordusunda dərin bir psixoloji böhran və kadr çatışmazlığı var. Ermənistanda son 6 ay içində üç dəfə müdafiə naziri və baş qərargah rəisi dəyişildi. Digər hərbi əhəmiyyətli vəzifələrdə də tez-tez dəyişikliklər olur, amma heç bir nəticə əldə edə bilmirlər. Paşinyan hazırda ordunu gücləndirməkdən çox, onu özünə tabe etməyin fikrini çəkir. Çünki Ermənistanın hərbi elitası ilə siyasi elita arasında dərin bir uçurum yaranıb”, - deyə ekspert vurğulayıb.

T.Eyvazov əlavə edib ki, Arşak Karapetyanın müdafiə naziri təyin olunması hələ ordudakı problemlərin bitməsi anlamına gəlmir: “Ermənistan ordusunun problemləri hələ bundan sonra başlayır. Cəmiyyət də, Paşinyanın özü də anlayır ki, silahlı qüvvələrin yeni rəhbərliyi Azərbaycanın ünvanına səsləndirdiyi provokasiya xarakterli təhdidlər və populist çıxışlarla ancaq hakimiyyət üçün problemlər yaradacaq”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində çıxış edib.

Bizimyol.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan çıxışı zamanı bu ilin fevralında Silahlı Qüvvələrin baş qərargahının siyasətə qarışmaq istəməsi ölkədə qeyri-adi vəziyyət yaratdığını bildirib.

Onun sözlərinə görə, yaranan vəziyyəti aradan qaldırmaq bir aydan çox zaman aldı və ondan sonrakı prosesdə isə president sisteminə qayıdış məsələsi müzakirə olundu.

“Qarabağ məsələsi ətrafında parlament sisteminin özünü bacarıqsız göstərməsi fakt deyil. Hər şeyi tərəziyə qoymaq, təhlil etmək lazımdır” – deyə baş nazir bildirib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »