Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oğul mənimdir əgər, oxutmuram əl çəkin!”
“Oğul mənimdir əgər, oxutmuram əl çəkin!”

Bir neçə gün öncə redaksiyamıza daxil olan şikayət məktubu əsasında “Tələbə oğlanların hüquqlarını pozan qanun – Ali təhsilə möhlət verilmir” başlıqlı bir məqalə dərc etmişdik.

Məqalənin məğzi bundan ibarət idi ki, qanunla subbakalavrlara ixtiyar verilir ki, kollecləri bitirən kimi ümumi orta göstəricilərlə birbaşa ali məktəblərin uyğun ixtisasına sənəd versinlər. Lakin hərbi komissarlıq oğlanlar kollecləri bitirər-bitirməz onların adlarını çağırışçı kimi sistemə daxil edir və subbakalavrı bitirən oğlanlar nəticədə ali məktəblərə sənəd verə bilmir. Səfərbərlik Xidməti ali məktəbi bitirmiş bakalavrlara magistraturaya girmək, daha sonra doktoranturada oxumaq üçün bu imkanı yaratdığı halda subbakalavrlara bu imkan verilmir. Qanun bir söz deyir, Səfərbərlik Xidmətinin dəmir qaydaları başqa söz. Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bizimyol.info-nun ünvanladığı sorğuya bu gün cavab aldıq və təəssüf ki, subbakalavr oğlanları sevindirə bilməyəcəyik. Rəsmi cavabı təqdim edirik:

“Orta ixtisas təhsili müəssisələrində təhsil almaq üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmiş çağırışçılara ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi ilə əlaqədar növbəti dəfə möhlət verilməsi barədə müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.

Məlum olduğu kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.

Bununla əlaqədar qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Respublikanın və xarici ölkələrin orta ixtisas təhsili müəssisələrini müvəffəqiyyətlə bitirərək subbakalavr ixtisas dərəcəsi almış çağırışçılar onlara verilmiş möhlət müddətinin bitməsi ilə əlaqədar müvafiq çağırışa cəlb olunur və yalnız sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə görə və digər əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlara növbəti təhsil pilləsində təhsilini davam etdirmək üçün qanunamüvafiq qaydada icazə verilir”,- deyə məktubda bildirilir.

Məktubun son cümləsindəki “digər əsaslarla” kəlməsinə diqqət çəkmək istərdim. Təhsil “digər əsaslar” kateqoriyasından sayıla bilməzmi? Məncə, Xidmət bu məsələni bir daha nəzərdən keçirməlidir.

Niyəsə yadıma “Oğul mənimdir əgər, oxutmuram əl çəkin” misrası düşür. Bu dəfə bu misraları sanki valideyn yox, Səfərbərlik Xidməti oxuyur.

Qanun qızlara şamil edilirsə, oğlanlar nə üçün bu sıradan geri qalmalıdırlar? Hər oğul səhər bir ailə başçısı olacaq. Təhsilini davam etdirib daha yaxşı şanslar qazansa, yaxşı olmazmı? Deyəcəksiniz, hərbi xidmətdən gələndən sonra davam etsin. İl yarım hərbi rejimdə, komanda altında, səngərdə bildiklərini unudan əsgərin repetitor yanında hazırlaşmış uşaqlarla müqayisədə nə qədər şansı qalır sizcə?

İlhamə

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »