Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xalqın daha “yeyib-içən” həmsədrlərə inamı qalmayıb”
“Xalqın daha “yeyib-içən” həmsədrlərə inamı qalmayıb”

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində çıxış edib.

Bizimyol.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan çıxışı zamanı bu ilin fevralında Silahlı Qüvvələrin baş qərargahının siyasətə qarışmaq istəməsi ölkədə qeyri-adi vəziyyət yaratdığını bildirib.

Onun sözlərinə görə, yaranan vəziyyəti aradan qaldırmaq bir aydan çox zaman aldı və ondan sonrakı prosesdə isə president sisteminə qayıdış məsələsi müzakirə olundu.

“Qarabağ məsələsi ətrafında parlament sisteminin özünü bacarıqsız göstərməsi fakt deyil. Hər şeyi tərəziyə qoymaq, təhlil etmək lazımdır” – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdən bəri Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişməz qalıb, rəsmi Bakı “Dağlıq Qarabağ” adlı vilayəti tanımayıb və danışıqlarda konkret mövqe ortaya qoyub.

Lakin Ermənistan tərəfi, baş nazirin sözlərinə görə, bu istiqanətdə hələ də konkretika nümayiş etdirə bilməyib və rəsmi İrəvan tərəfindən gah “Dağlıq Qarabağ”ın Ermənistana birləşməsi, gah da “müstəqil dövlət” kimi tanınması məsələləri irəli sürülüb: “Azərbaycanın ritorikası həmişə eyni olub. Lakin Ermənistanın yanaşmaları danışıqlar masasında və ölkə daxilində fərqli olub. Bir suala cavab olmayıb: Əgər bizim üçün yetərli həll variantı olmazsa, nə edəcəyik?”.

Paşinyan əlavə edib ki, o, Azərbaycanla dialoqu bərpa etməyə hazırdır, lakin bu danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində aparılmasının tərəfindədir.

Paşinyanın sözlərini şərh edən Milli Məclis üzvü Rüfət Quliyev bildirib ki, Paşinyan taftalogiya və sofistika ilə məşğuldur.

Rüfət Quliyev Rüfət Quliyev

“Mən Ermənistan xalqını günahkar saymıram. İllərlə bu xalqı müxtəlif yalanlarla zəhərləyib, qonşu xalqlara düşmən əhval-ruhiyyədə yetişdiriblər. 30 il boyunca olduğu kimi, indi də Ermənistan hökuməti öz xalqını aldadır. Əvvəl “Qarabağ klanı” adlanan dəstə bizim torpaqlarımızı talayıb-çapır, Ermənistan xalqını da aldadırdı. Bir tərəfdən zamanq azanmaq üçün dnaışıqlara gediblər, digər tərəfdən də zaman-zaman müxtəlif bəhanələrlə konkret qərarlardan boyun qaçırıblar. Paşinyan da eyni yolu tutub və öz siyasi ölümünü gecikdirmək üçün zaman qazanmağa çalışır”, -

R.Quliyev qeyd edib ki, Paşinyan müharibədə məğlub olduqdan sonra, müxtəlif vasitələrlə sülh sazişi imzalamamaq üçün zaman qazanmaq niyyətindədir.

“Bunun üçün də ən “uğurlu” seçim kimi, Paşinyan ATƏT-in Minsk qrupunu görüb. O, artıq gündəmdə olmayan, heç bir məna daşımayan “status” məsələsini gündəmə gətirməklə, ATƏT-in Minsk qrupunun adını hallandırmaqla yenidən zaman qazanmağa çalışır. Lakin Azərbaycan xalqı yetərincə səbir göstərib, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin gəlib kabab yeyib getməsini seyr edib. Azərbaycan xalqı daha “yeyib-içən” həmsədrlərə inanmır”, - deyə deputat vurğulayıb.

R.Quliyev əlavə edib ki, Azərbaycan sağlam dialoqdan heç vaxt boyun qaçırmayıb: “Üçtərəfli bəyanatın bəndləri icra olunmur. Zəngəzur dəhlizi, delimitasiya və demarkasiya işləri yubadılır, sülh sazişinin adı dilə də alınmır. Belə olduğu halda hansı dialoqdan söz gedə bilər? Azərbaycan xalqı öz milli qürurunu 44 günlük müharibədə bərpa etdi və sübut etdi ki, öz haqqını tələb etməyi bacarır. Bu gün biz Ermənistanla dialoqa da hazırıq, lakin bu dialoqun səmərəli olması üçün Ermənistan tərəfi konkretika göstərməlidir. Buna isə hələ şahid ola bilmirik”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »