Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda elektromobillər niyə populyar deyil...
Azərbaycanda elektromobillər niyə populyar deyil...

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 39 643 min avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu dövrdə idxal olunan avtomobillərin 36 741-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur.

Azərbaycan bu ilin ilk yarısında 10 və daha çox sərnişin tutumlu 60 avtomobil, 36 elektromobil və 4 878 hibrid avtomobil ixrac edib. Statistikadan göründüyü kimi Azərbaycanda elektromobillərə hələ üstünlük verilmir. Belə avtomobilləri sifariş edən sürücülər, çox zaman yoxlama məqsədilə ilə alırlar.

Elektromobillər elektriklə çalışan avtomobillərdir. Belə avtomobillərin ətraf mühit kirliliyini azaltdığı iddia edilir. Bu avtomobillərin enerji toplaması üçün xüsusi enerji stansiyaları qurulmalıdır. Elektrikli avtomobillər, bir və ya bir neçə elektrik mühərriki istifadə edərək və batareyalardan və digər enerji toplama cihazlarından yığdığı elektriki xərcləyərək sürülən avtomobillərdir. Ənənəvi avtomobillərlə müqayisədə yanacaq çəni yerinə batareya və elektrik sistemi yer alıb. Elektrikli avtomobillər 60 volt enerji ilə çalışır. Mütəxəssislərin fikrincə, bu avtomobillər fərqli üsullarla enerji toplaya bilir. Belə ki, adi evlərdə olan enerji qaynağından da enerji yığa bilər.

Nəqliyyat məsələləri üzrə ekpert Fazil Məmmədovun sözlərinə görə, elektrikli avtomobillər yanacaqla işləmədiyi üçün ətraf mühit dostu hesab edilir. Elektromobillər səssiz və rahatdır.

"Elektromobillər üç cür olur. Tam elektrikli, hibrid və plug-in Hibrit formalarında olan elektromobillərin tam elektrikli formaları qısa mənzil üçün nəzərdə tutulub. Çünki uzun yolda onların enerjisi azaır və yenidən enerji yığılmasına ehtiyac duyulur. Hibrid avtomobillər isə, həm benzin, həm də elektrik mühərriki ilə çalışır. Belə avtomobillər hərəkət zamanı və az sürətlə idarəetmə zamanı elektrik mühərrikindən istifadə edir və sürət artdıqca benzinli mühərrik işə başlayır. Hibrid avtomobillərin batareyası sürmə zamanı, benzinli mühərrik işləyən zaman və dayanma zamanı özü-özünə enerji toplaya bildiyi üçün texniki olaraq uzun yollar üçün nəzərdə tutulub. Plug-in Hibrid avtomobillər isə, normal hibridlərdən fərqli olaraq, batareyaları xarici elektrik yığma gücünə malikdir. Belə avtomobillər güclü batareyaları sayəsində uzun yollarda da istifadə edilə bilir."

Ekspertin sözlərinə görə, hələ Azərbaycan vətəndaşları elektromobillərə daha az üstünlük verməyə çalışır. Bu vasitələrin daimi olacağına inamsız davranır.

Elektromobillərin qiymətinə gəlincə isə, mütəxəssis bildirib ki, bu heç də gözlənilən kimi ucuz olmayacaq:

"Düzdür, ABŞ 2030-cu ilə kimi avtomobillərin 50 faizinin elektromobillərlə əvəzlənəcəyini deyib. Amma Azərbaycan üçün bu 2040, bəlkə də 2050 olacaq. Qiymətlər uyğun olarsa, bəlkə vətəndaş buna üstünlük verər. Bu il cəmi 36 elektromobil gətirilib. İndi ardını siz düşünün".

İlahin, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
Son xəbərlər
Bütün xəbərlər »