Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat köməkçisi haqqında yayılan məlumatları təkzib edib
Deputat köməkçisi haqqında yayılan məlumatları təkzib edib

Deputat Anar Məmmədovun köməkçisi Cahangirov Elçin Xanlar oğlu qanunsuz əməllərlə məşğul olması barədə yayılan məlumatı təkzib edib.

Elçin Cahangirov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, haqqında yayılan məlumatlar tamamilə əsassız və qərəzlidir.

“Dünən haqqımda yayılan məlumat məni, ailəmi və bütün Goranboy rayonu sakinlərini narahat edib. Həmin yazıda mənim haqqımda olmazın, vicdana, namusa sığmayan sözlər yazılıb.

Bildirmək istəyirəm ki, mən əvvəllər başqa-başqa sahələrdə vicdanla, namusla çalışmışam. 2015-ci ilin fevral ayında rayon icra başçısının birinci müavini təyin olunmuşam. Yazıda isə qeyd olunub ki, qara yollarla bu vəzifəyə təyin olunmuşam. Bu insanlar birbaşa dövlətə şər atırlar. Çünki mən birinci müavin təyin olunanda admistratsiyanın yeddi şöbəsindən keçmişəm, yoxlanılmışam.

İşlədiyim müddətdə isə xalqıma, rayonuma vicdanla, namusla xidmət etmişəm.

Bu gün respublikada Elçin Cahangirov adına bir əmlak, mağaza, torpaq sahəsi belə ola bilməz. Dövlətdən aldığım məvaciblə ailəmi, övladlarımı dolandırıram. Mənim üç övladım var. Övladlarım Bakıda təhsil alırlar və orada kirayədə yaşayırlar.

And olsun üç balamın canına, bu məhərrəmliyə, Azərbaycan qanunlarına, şəhidlərin ruhuna ki, bu deyilənlərin hamısı yalandır və mənə qarşı iftiradır. Mən müharibə başlayan gündən deputat Anar Məmmədovla birlikdə bütün şəhid ailələrinin, qazilərin, Goranboyun aztəminatlı ailələrinin yanında olan insanam. Mənim yaşamaya iki otaqlı evim var. O yazıda deyildiyi kimi nə maşınım, nə də mağazalar şəbəkəm var.

Mən qarışqa belə basmayacaq bir insanam. Ailəm, nəslim, köküm, həmçinin millət vəkili də bu dəqiqə möhkəm narahatdır ki, biz bu qədər vicdanla xalqa xidmət edirik, amma bu vicdansız şəxsi qərəzçilik apararaq, mənimlə icəşir. Öz kəndçimə, qonşularıma başqa bir adla imza atdırıb, yazılar verdirirlər. Bunlada bağlı mən dünən Goranboy rayon məhkəməsinə müraciət etmişəm. Məsələ hüquq müstəvisində araşdırılır.

Yazıda qeyd olunub ki, guya mən qardaşım Ruhinlə birlikdə bağçalardan, məktəblərdən pul yığıram. Əgər mən kimlərdənsə pul toplamışamsa, aldatmışamsa, niyə onların heç biri polis şöbəsinə müraciət etməyib. Bunları mənim adıma yazıb respublikada biabır edirlər.

Yazıda hətta var ki, Məhərrəm Quliyev məni korrupsiyaya görə işdən çıxardıb. Amma mən 2019-cu ildə öz ərizəm və xahişimlə işdən ayrılmışam. Hətta Məhərrəm müəllim bundan sonra bir dəfə də məni işə dəvət edib. Bu dəfə 9 ay işlədikdən sonra başqa işə keçməyimlə bağlı yenə öz ərizəmlə işdən ayrılmışam.

Biz bu qərəzli məlumatları yazanları tapmışıq, onların kim olduğunu bilirik. Adlarını ona görə çəkmirəm ki, biz hüquq mühafizə orqanlarına müraciət etmişik. Hüquqi müstəvidə öz cəzalarını tapsınlar daha sonra mətbuata açıqlamamda həmin insanların adları çəkib, hansı işlərlə məşğul olduqlarını açıqlayacağam”,- deyə deputat köməkçisi qeyd edib.

Leyla Mirzə

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »