Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi Azərbaycanın müstəqillik illərində verdiyi sürücülük vəsiqələrini qəbul etmir
Avropa ölkəsi Azərbaycanın müstəqillik illərində verdiyi sürücülük vəsiqələrini qəbul etmir

Azərbaycanda sürücülük vəsiqəsi əldə etməyin dünyanın bir çox ölkələrindən daha asan olması bildirilir. İctimaiyyət arasında vəsiqələrin satılmasıyla bağlı həmişə söz-söhbət olur. Bakıda şəhər nəqliyyatının vəziyyətinə nəzər salanda şübhələnməmək olmur. Sanki sürücülülərin əksərinin yol hərəkəti qaydalarından xəbəri yoxdur.

Bizimyol.info xəbər verir ki, Fransa azərbaycanlıların müstəqillik illərində aldığı sürücülük vəsiqələrini qəbul etmir. Avropada yaşayan azərbaycanlıların sosial şəbəkələrdəki qruplarında bu haqda çox söz açılır. Fransa ortaya konkret şərt qoyub. Avropa ölkəsi daha çox sovet dövründə əldə olunan sürücülük vəsiqələrinə isti yanaşır. Müstəqillik dönəmindəki sənədlər isə etibarlı hesab olunmur.

Bəs səbəb nədir? Avropada yaşayan azərbaycanlılar hesab edir ki, sürücülük vəsiqəsinin məhz rüşvətlə əldə olunmaq ehtimalı Fransada belə qərar verilməsi ilə nəticələnib. Hələ 2018-ci ildə sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasıyla bağlı ölkələr arasında uyğun sazişin imzalanması gözlənilirdi. Sonradan tərəflər ortaq məxrəcə gələ bilməyib. İndi Fransa Azərbaycanda yalnız 1992-ci ilə qədər əldə edilmiş sürücülük vəsiqələrinə yaşıl işıq yandırır.

Avropada yaşayan azərbaycanlılar gileylənir ki, köhnə qitədə də rüşvətlə vəsiqə əldə edilməsi hallarına rast gəlinməyə başlanılıb. Fransada bunu ərəb dövlətlərindən gələnlərin etdiyi bildirilir. Amma qabiliyyət imtahanında rüşvət heç bir halda keçmir. Yəni ərəblər müştərilərinə pul müqabilində hazırlaşmadan imtahanı keçməyi söz versə də, istənilən halda sükanın arxasında əyləşmək lazım gəlir.

Fransa hökumətinin məsələyə çox sərt yanaşdığı bildirilir. Avropa dövlətində rüşvət mexanizminə hər cür mane olmağa çalışırlar. Qabiliyyət imtahanı isə xüsusi nəzarət altında keçirilir.

Fransada imtahanlara hazırlaşmaq üçün 3 min sual təqdim olunur. İmtahanda yalnız 40 sual düşür. Bunlardan 35-nə düz cavab vermək vacibdir. Sonra qabiliyyət sınağı gəlir. Burada bir saat avtomobil idarə edə bildiyini göstərməlisən. Bunun üçün 45 avro ödənməlidir. Qabiliyyət sınağından keçməyənlər ümumi 20 saatlıq hazırlıq prosesinə cəlb olunur. Fransada yaşayan azərbaycanlılar sürücülük vəsiqəsini əldə etmək üçün 1800 avroya qədər xərc çıxdığını deyir.

Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »