Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taliban" ölkənin 12 nəfərlik şura ilə idarə olunmasını planlaşdırır
"Taliban" ölkənin 12 nəfərlik şura ilə idarə olunmasını planlaşdırır

"Taliban" hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura qurmaq barədə qərar verməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bu barədə bazar ertəsi "Foreign Policy" hərəkatın liderlərinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, şuranın 12 nəfərdən təşkil olunacağı və buraya ölkənin əvvəlki hökumət üzvlərindən bəzilərinin daxil olunacağı barədə razılaşmalar aparılır.

Məlumata görə, şurada əsas söz sahibi olacaq ən nüfuzlu üç şəxs “Taliban”ın siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu və “Taliban”ın hərbi komissiyasının rəhbəri Mouləvi Yaqub, həmçinin “Haqqani şəbəkəsi” təxribatçı qrupunun lideri və sahə komandiri Siracuddin Haqqani məclisə rəhbərlik edəcəklər.

Qəzetin qeyd etdiyi kimi, “Taliban” Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etmək istəmir. Bununla da, ABŞ-ın dəstəklədiyi əvvəlki hökumət üzvlərindən bəzilərinə seçdikləri yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər. “Taliban” bununla beynəlxalq ictimaiyyət tərəfindən tanınma şansını artırmaq üçün mümkün qədər əhatəli görünən bir hökumət yaratmaq istəyir.

Bundan başqa, “Taliban” Panjshir Aslanı ləqəbli məşhur səhra komandiri Əhməd Şah Məsudun (1953-2001) oğlu Əhməd Məsudu qurulacaq şurada görmək niyyətindədir. Ancaq qəzetin qeyd etdiyi kimi, Məsud hazırda Əfqanıstanın Pəncşir əyalətində yerləşən "Talibana" qarşı müqavimət qüvvələrinə başçılıq etdiyindən bu, cətin ki, baş tutsun.

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »