Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu xəstəliyin ən əhmiyyətli əlaməti bədbəxtlik hissidi"
"Bu xəstəliyin ən əhmiyyətli əlaməti bədbəxtlik hissidi"

Hər bir insanın həyatında elə bir dönəm olur ki, o dövrdə heç nədən zövq ala bilmirsən. Tibb elmində bu dönəm anhedoniya adlandırılır.

Mütəxəssislərə görə, hammızın yaşadığı bu hal depressiya əlamətlərindən biri kimi izah edilir. İlk baxışda sadə bir narahatlıq kimi müşahidə edilən anhedoniya əslində depressiyanı inkişaf etdirən və həyat keyfiyyətini azaldan narahatlıqdır.

Anhedoniyanın əlamətəri nədir? Müalicəsi varmı?

"Anhedoniyanın səbəbi hələ müəyyən edilməsə də, ruhi pozuntu, psixoloji problemlər, narkotik asılılığı, savadsızlıq və sosial-iqtisadi vəziyyətdən qaynaqlandığı bildirilir. Bununla yanaşı müxtəlif vərdişlər, motivasiya çatışmazlığı anhidoniyanın səbəbləri arasında yer alır"- bu barədə Bizimyol.info saytına psixoloq Ramin Hacıyev danışıb. Onun sözlərinə görə, anhedoniya bir psixoloji xəstəlikdir və bununla qarşılaşan şəxslər həyatlarında daha əvvəl zövqlə və həyəcanla etdiklərini daha etmək istəmirlər.

Musiqi dinləmək, idman etmək, hobbilər, cinsi hisslər və s. bu kimi proseslərə həvəslə can atan insanlar sonradan bunu etmək istəmirsə və ya könülsüz şəkildə edirsə, anhedoniyaya xəstəliyinə tutulublar. Həkim deyir ki, anhedoniyanın müəyyən edilməsi üçün xəstəliyin əlamətlərini bilmək lazımdır. Xəstəliyin ən əhmiyyətli əlaməti bədbəxtlik hissidir. Xəstəliyin digər aşağıdakı əlamətləri var:

  • Gərginlik,
  • Müxtəlif paranoik hallar,
  • Sevinmək, həzz almaq duyğusunun olmaması,
  • Qidalanma vərdişlərinin dəyişməsi,
  • Cinsi istəksizlik,
  • Həyatda sosial fəaliyyətlərdən zövq ala bilməmək

R.Hacılının sözlərinə görə, insanlar arasında tez-tez qarşılaşdığımız anhedoniya həyatın keyfiyyətini aşağı salan narahatlıqdır. Buna görə də mütləq müalicə edilməlidir. Bu problemlə qarşılaşan şəxslər vaxt itirmədən mütəxəssis -psixoloq və ya psixiatra müraciət etməlidir. Ancaq qeyd edək ki, anhedoniya psixoloq nəzarəti altında sağala bilən xəstəlik deyil. Çünki anhedoniya müalicəsi zamanı insan bədənində olan serotonin və endorfin hormonlarını hərəkətə gətirmək lazmdır. Anhedoniyanın müalicəsi əhatəli aparılmalıdır.

"Sağlam qidalanma, gecə yuxusunun nizama salınması, idman, müxtəlif məşqlər, alış-veriş, musiqi, əyəncəli proqramlar kimi keyfinizi açacaq fəaliyyətlər anhedoniyadan qurtulma üsullarındandır. Doğru müalicə aparıldığı təqdirdə, xəstəlikdən qurtulmaq mümkündür"- deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »