Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadın kişiyə qulaq asmırsa, o kişi asanlıqla başqa qadına yönələ bilər"
"Qadın kişiyə qulaq asmırsa, o kişi asanlıqla başqa qadına yönələ bilər"

Kişilər niyə xəyanət edir? Bu sual bu gün bütün qadınları maraqlandıran sualdır. Bu suala cavab axtarmaq üçün sosial şəbəkələrə baş vuran, internet materialları axtaran, psixoloqlarla məsləhətləşən qadınlar kifayət qədərdir.

"Bütün kişilər aladır". Demək olar ki, bütün qadınlar belə düşünür. Bəs kişilər niyə aldadır?

Bizimyol.info bu gündən etibarən kişi-qadın münasibətlərini əks etdirən, silsilə yazılar yayınlayacaq. Mütəxəssislərə görə, kişilərin aldatma səbəbləri müxtəlif olur. Kişilər partnyorlarından yorulub xəyanət edir, kişilər yenilik axtardığı üçün xəyanət edir, kişilər arzularının qadınını tapmaq üçün xəyanət edir. Əgər münasibətlərdə xəyanət varsa, mütləq bir səbəb var.

Psixoloq, şəxsi münasibətlər eksperti Leyla Zamanın fikrincə, zamanla kişilərin qadınlarına, həyat yoldaşlarına, sevgililərinə olan hissləri azalır. Ancaq münasibətinin, ailəsinin pozulmasını istəməyən kişilər başqa qadınarla gizli şəkildə münasibət qurur. Və bunu normal qarşılayırlar:

"Eyni zamanda bir qadın kişinin danışdıqlarına qulaq asmırsa, səhər-axşam susmadan danışırsa, hər xırda problemi böyüdürsə, bu zaman onun həyatında olan kişi asanlıqla başqa qadına yönələ bilər. Çünki özünü ifadə edə bilməyən, daim danışan birinin basqılarına məruz qalan kişi münasibətindən soyuyur" - deyən psixoloq bildirir ki, qadınlar adətən kişilərinin xəyanətlərinə boyun əyməyə üstünlük verirlər. Bunun səbəbi isə ailənin, münasibətin dağılması qorxusudur. Belə olan halda isə kişi xəyanəti alışqanlıq halına gətirir.

Ümumiyyətlə bütün kişilər fərqli qadınarla cinsi münasibətə meyilli olur. Belə bir imkanla qarşılaşdıqları zaman isə bu fürsəti dəyərləndirməyə çalışırlar. Digər qadınların diqqəti kişiləri ərköyünləşdirir. Kişi yaraşıqlıdırsa, imkanlıdırsa və ya xəssis deyilsə, təmizkardırsa, o asanlıqla digər qadınların diqqət mərkəzində ola bilər. Həyat yoldaşından və ya sevgilisindən yaxınlıq, mehribanlıq, ehtiyacı olan qədər sevgi, ehtiras, qayğı görməyən kişi çox asanlıqla başqa qadına yönələ bilir.

Ekspert qeyd edir ki, evlənən şəxslər arasında cinsi hisslər, cinsi münasibət zamanla adiləşir. Bu adiləşmə həyəcanı, istəyi, bağlılığı zamanla bitirir. Bu səbəbdən də kişilər həyəcan və fərqliliyi digər qadınlarda axtarmağa başlayırlar.

"Kişilər, xəyanət etdiklərinin gec-tez üzə çıxacağını bilirlər. Əslində aldatma həyəcan duyğusundan qaynaqlanır. Kişilər, fərlqilik yaşamaq və həyatlarındakı adrenalini artırmaq üçün xəyanət edirlər" - deyə mütəxəssis bildirib.

Kişilər niyə aldadır? Bu suala sosial şəbəkədə sorğu ilə cavab axtarmağa çalışdıq. 36 yaşlı Nazim İmanov deyir ki, bir qadını çox sevə bilər. Ancaq onunla yaşadığı cinsi münasibət onu qane etməsə ayrılar:

"Bəzi kişilər üçün sevgi ayrı bir hiss, cinsi münasibət, sekslə məşğul olmaq isə başqa bir hissdir. Yəni bu hissləri müxtəlif qadınlara hiss edərək yaşaya bilərlər. Mən mükəmməl bir münasbət istədiyim üçün cinsi münasibəti məni qane etməyən qadın, sevdiyim qadın olmuş olsa belə ayrılaram. Xəyanət etmərəm".

25 yaşlı Nihad Süleymanov isə deyir ki, əgər kişinin həyatında bir neçə qadın varsa, bunu qadınlar xəyanət olaraq qəbul edir:

"Mən 3-4 qadınla danışıramsa, onlara ayrı-ayrılıqda hisslər yaşayıramsa, bunu qadınlar ayrı-ayrılıqda mənim onlara xəyanətim kimi qiymətləndirir. Mənim üçün isə bu hisslərimin tətmin edilməsidir. Xəyanət etmərəm. Xəyanət çox sevdiyin insana edilə bilər. Kişilər isə sevgini nadir halda yaşayır. Kişi üçün həyəcan, seks, adrenalin sevgidən üstündür".

Namiq Mustafayevin fikrincə isə, kişi sevdiyi qadına əsla xəyanət etmir:

"Kişi ailəlidirsə və xəyanət edirsə, əmin olun ki, bu onun sevdiyi qadın deyil. Kişilər çox zaman ailə basqısı və ya ailə qurmaq naminə ailə qururlar. Çox az kişi var ki, dəli kimi sevdiyi qadınla ailə qura bilir. Bu səbəbdən də kişi evli olsa belə, ömrünün sonuna qədər xəyallarındakı qadının axtarışdında olur. Bəzən onu tapır, bəzən isə tapdığını düşünür. Bir də baxır ki, ömür bitib. Bəs xəyalındakı qadını tapan kişi niyə boşanıb onunla evlənmir? Məncə xəyalındakı qadını tapıb, amma həyat yoldaşından boşanmayan kişilər qorxaq kişilərdir. Onlar illərlə qurduqları düzənin pozulmasından qorxurlar. Yoxsa belə kişilərin qadınlarına zərrə qədər olsa da sevgisi olmur".

Bəzi kişilər var ki, həyatlarında ikinci sevdikləri qadın olduğu halda həyat yoldaşları ilə də mehriban münasibətlərə davam edir, hətta uşaq belə dünyaya gətirirlər. Bunun da müxtəlif səbəbləri var. Bu barədə növbəti yazılarımızda danışacağıq...

İlahin, Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »