Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan “Akıncı”nın ilk alıcılarından biri ola bilər”
“Azərbaycan “Akıncı”nın ilk alıcılarından biri ola bilər”

“Baykar Defence” şirkətinin rəhbəri Selçuk Bayraktar, “Akıncı”Silahlı Pilotsuz Uçuş Aparatlarının (SİHA) bu ay təhvil veriləcəyini açıqlayıb.

CNN TÜRK-ə danışan Selçuk Bayraktar “Akıncı”nın ilk uçuşunu 2019 -cu ilin dekabr ayında etdiyini deyib: "O vaxtdan bəri həm prototipləri, həm də təhvil veriləcək olan kütləvi istehsal təyyarələrini hazırladıq. AKINCI hazırda kütləvi istehsaldadır və prototipləri daxil etdiyimiz zaman 9-cu aparatın istehsalı davam edir. Təlim uçuşlarında mindən çox uçuş həyata keçirdi.

Təhlükəsizlik qüvvələrimiz təlim uçuşları həyata keçirdi. İnşallah, bu ayın sonunda həm kursantlarımızın məzuniyyət mərasimini, həm də təhvil vermə mərasimini keçirməyi planlaşdırırıq ”.

Bildirilir ki, “Akıncı” inkişaf etmiş texniki imkanları sayəsində döyüş təyyarələrinin yerinə yetirdiyi bəzi vəzifələri yerinə yetirə biləcək.

Özünəməxsus bükülmüş qanad quruluşu ilə 20 metrlik qanad genişliyinə və çox sayda döyüş sursat stansiyasına sahib olacaq; 40 min fut (9144 metr) yüksəklikdə 24 saat havada qala biləcək və 1350 kiloqram yük daşıyacaq. Elektron dəstək bölməsi, peyk rabitə sistemləri, havadan havaya radarlar, maneə aşkarlama radarı, sintetik diyafram radarı kimi daha inkişaf etmiş faydalı yüklərlə işləyəcək sistem hava-yer və hava-hava əlaqəsi ilə məşğul ola biləcək.

"Akıncı" PUA-snda 100-ə yaxın kompyuter mövcuddur. Hər biri fərqli proqram təminatından istifadə edir.

Ədalət Verdiyev Ədalət Verdiyev

Bu mövzuda Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Türkiyənin istehsal etdiyi istənilən müdafiə sənayesi məhsulu Azərbaycan üçün əlçatandır: “Tələbat olduğu halda, biz Türkiyədən istənilən silah və texnikanı əldə etmək imkanlarına sahibik. Artıq “Akıncı” PUA-larının seriya istehsalına başlanılıb və ilk növbədə həmin silah sistemləri Türkiyənin həbi hava qüvvələrinə çatdırılacaq. Bundan sonrakı mərhələdə Azərbaycan tərəfindən müraciət olunarsa, fikrimcə, “Akıncı”nın Azərbaycana da satılması üçün heç bir problem yaranmayacaq”.

O bildirib ki, Azərbaycan “Akıncı”nın ilk alıcılarından olacağını düşünür: “Türkiyənin “Bayraktar TB-2” PUA-ları 44 günlük Vətən Müharibəsində mühüm rol oynadı. “Akıncı” PUA-ları Azərbaycanın qırıcı aviasiyasının resurslarının daha da güclənməsinə, daha hündür yüksəkliklərdə düşmənə qarşı fəaliyyətinə münbit şərait yaradacaq. “Akıncı” hazırda dünyanın ən müasir pilotsuz uçuş sistemlərindən biri hesab olunur. Və bu sistemlərin Azərbaycan tərəfindən alınması, hazırdakı hərbi gücümüzü daha da inkişaf etdirməyə yardımçı olacaq”.

Ekspertin sözlərinə görə, strateji əhəmiyyət daşıyan ərazilərin müşahidəsi, Qarabağda terrorçular və diversiya qruplarına zərbələr endirmək, habelə, ərazilərimizə olacaq hər hansı təcavüzlərə qarşı çevik reaksiya vermək üçün, “Akıncı” PUA-ları mükəmməl vasitədir.

Yeni PUA-ların istehsalı ilə bağlı Rusiya mətbuatının son zamanlar yaydığı məlumatları da şərh edən Ədalət Verdiyev deyib ki, bu cür məlumatlar əsasən piar xarakteri daşıyır: “Rusiya hələ bəyanatlar verir, lakin dünya silah bazarında Rusiya PUA-larına geniş tələbat müşahidə etmirik. Rusiyanın təqdim etdiyi PUA-lar əsasən İsraildən alınan aparatların əsasında hazırlanır və hələ zərbə PUA-ları baxımından ciddi nümunə ortaya çıxara bilməyiblər. Bu barədə rusiyalı mütəxəssislər də zaman-zaman tənqidi fikirlər səsləndirirlər. Müəyyən videolar, görüntülər yayılır, lakin real nəticələr, döyüşlərdə tətbiq… bu barədə heç bir məlumat yoxdur”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »