Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN-dən hərbçilərin polisə çağırılması iddiasına cavab
DİN-dən hərbçilərin polisə çağırılması iddiasına cavab

Sosial şəbəkələrdə Tovuzda olan bir xanımın rayon polis şöbəsinin əməkdaşları ilə əlbir olaraq vətəndaşlar və hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi barədə iddialar yayılıb. Bildirilir ki, daha sonra həmin hərbi qulluqçular insan alverində təqsirləndirilib və onlardan bunun müqabilində rüşvət istənilib.

Bizimyol.info xəbər verir ki, DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov sözügedən iddialarla bağlı açıqlama verib.

O, bildirib ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində rayon sakini İ.P. pul müqabilində qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək saxlanılıb:

"Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs əvvəlcədən bir neçə nəfərlə telefon danışıqları apararaq onlarla pul müqabilində xanımlarla görüşməyi təklif edib. Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 241.1-ci ( Fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. İstintaq zərurəti ilə əlaqədar bəzi şəxslər şahid qismində dəvət olunaraq izahatları alındıqdan sonra sərbəst buraxılıb”.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »