Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məleykə Abbaszadə ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib
Məleykə Abbaszadə ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib

"İlk növbədə tələbə qəbulu kampaniyasının ən önəmli hissəsi – ixtisas seçimi mərhələsinə qədəm qoymuş abituriyentləri və onların valideynlərini, müəllimləri öz adımdan və Dövlət İmtahan Mərkəzinin kollektivi adından ürəkdən təbrik edirəm!"

Bizimyol.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi edəcək abituriyentlərə müraciət edərkən deyib.

DİM sədri qeyd edib ki, hazırda topladığı baldan asılı olmayaraq müsabiqə şərtlərini ödəmiş abituriyentlərin qarşısında duran ən vacib məsələ öz ixtisas seçiminə sonuncu dəfə nəzər salmaq və onu təsdiq eləməkdir: "Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək əhəmiyyətli məsələlərdəndir.

Builki qəbul kampaniyasının bir sıra özəllikləri var. Bilirsiniz ki, sosial baxımdan həssas əhali qrupuna bir sıra güzəştlər tətbiq olunur və onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bundan əlavə, bu il Tələbə Təhsil Krediti Fondu yaradılıb və tələbələrə təhsil haqqı xərclərini ödəmək üçün Fondun vəsaiti hesabına çox aşağı faizli kreditlərin verilməsi nəzərdə tutulur. Abituriyentlər ödənişli yerlərin seçimi zamanı qeyd olunan imkanları nəzərə ala bilərlər. Abituriyentlər bu kimi məsələlərdə, həmçinin daimi yaşadığı yer və təhsil alacağı univerisitetin yerləşdiyi yer, şəhərin seçilməsində öz valideynləri ilə məsləhətləşə bilərlər. Lakin peşə seçimində onların özlərini dinləmək lazımdır. Bəzən valideynlər övladlarını öz arzuladıqları peşələrin sahibləri kimi görmək istəyirlər və abituriyentlərin müstəqil seçiminə mane olurlar. Ancaq abituriyentlərin xoşbəxt gələcəyi baxımından onların şəxsi düçüncələri, özlərini hansı ixtisasın sahibi kimi görmək istədikləri, bacarıq və imkanları, xarakteri və s. amillər mütləq nəzərə alınmalıdır.

İxtisas seçmindən əvvəl “Abituriyent” jurnalının 4 saylı buraxılışında hər qrupa aid ixtisasların siyahısı ilə tanış olmaq lazımdır. Hər il müxtəlif universitetlərdə yeni ixtisaslar təqdim olunur. Bəzən isə hansısa ixtisaslara qəbul dayandırılır. Ona görə də jurnala baxıb oxumaq istədiyiniz ixtisasların, ali təhsil müəssisələrinin siyahısını tutmağa çalışın və həmin ixtisasları araşdırın.

Dövlət İmtahan Mərkəzi daim abituriyentlərə ixtisas seçimində dəstək verməyə çalışır.

Bu il də Mərkəzin regional bölmələrində, 4 müxtəlif ali təhsil müəssisəsində (Azərbaycan, Qərbi Kaspi, Odlar Yurdu və Bakı Biznes Universiteti) ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar sizə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və s.haqqında köməklik göstərirlər.

Çox təəssüf ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-tifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı sosial şəbəkələrdə çağırışlar edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar. Burada bir incə məqam da var. İxtisas seçimini sizin yerinizə edən şəxs kabinetinizin istidafəçi adı və parolunu da bilmiş olur. Bu isə çox təhlükəlidir. Bir misal də gətirim. Təsəvvür edin, plastik ödəmə kartınız var və siz kartın məxfi məlumatlarını tanımadığınız birinə verirsiniz. “Şəxsi kabinet”inizin parolunu da kiməsə vermək olmaz və bunun ciddi fəsadları ola biləcəyini nəzərə almaq lazımdır. Mən bunları təsadüfi demirəm. Hər il bununla bağlı bizə müraciətlər daxil olur. Araşdırmalar zamanı məlum olur ki, kimlərinsə məsuliyyətsizliyi və qeyri-peşəkarlığı ucbatından abituriyentlər tələbə adını qazanmaqdan məhrum olublar.

Ona görə də bir daha sizə nəşr etdiyimiz materiallara, statistik göstəricilərə (“Abituriyent” 4, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”) baxmağı, zərurət olarsa, məsləhət mərkəzlərinə müraciət etməyi tövsiyə edirəm. Amma ən əsas məsələ ixtisas seçiminin birbaşa özünüz tərəfindən edilməsidir.

Mənim bu müraciətim həm ali təhsil müəssisələrinə, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçündür. Ümidvaram ki, deyilən məsləhətlərə əməl edəcəksiniz".

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »