Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 24 avqust, 2021-ci il – Diqqətlə və tələsmədən hərəkət edin
Ulduz falı: 24 avqust, 2021-ci il – Diqqətlə və tələsmədən hərəkət edin

Bizimyol.info 24 avqust, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Gözəçarpan bir müvəffəqiyyət əldə edə bilərsiniz, ancaq diqqətlə və tələsmədən hərəkət etməlisiniz. Bütün məsələlər rahatlıqla həll olunmur, çətinliklər bəzən heç gözləmədiyiniz vaxt da ortaya çıxır. Müttəfiqlər tapmaq faydalı olacaq: onların dəstəyi sayəsində çox şey asanlaşacaq. Günün ikinci hissəsində istirahət etmək, çox vacib olmasa da, xoş və maraqlı bir işlə məşğul olmaq imkanı yaranacaq.

Qoç – Uğurlu, parlaq, ilhamverici, maraqlı və hadisələrlə dolu bir gün var qarşıda. Yeni işlərə həvəslə qoşulacaqsınız və başqaları bu cəhətinizi çox bəyənirlər. Çoxları kömək və dəstək təklif edəcəklər. Fikirlərinizi dərhal reallaşdırmağa başlaya bilərsiniz. Əvvəllər ciddiyə almadığınız planları da həyata keçirmək mümkün olacaq: çox cəsarətli görünsələr belə... Bu gün böyük alış-veriş etməyi planlaşdırmaq üçün əlverişli vaxtdır. Pulu necə idarə edəcəyinizi yaxşı başa düşürsünüz, təhrikçi impulslara tabe olursunuz, heç kimin sizi aldatmasına imkan verməyəcəksiniz.

Buğa - Böyük fikirlərin doğulacağı gündür. Təbii ki, dərhal həyata keçirmək istərdiniz, amma tələsmək lazım deyil: hər şeyi düşünün, güvəndiyiniz insanlarla məsləhətləşin. Nə qədər tələssəniz, nəticələriniz bir o qədər uğursuz olar. Uğurlu satınalma ehtimalı var; yararlı əşyaları seçəcəksiniz. Çox güman ki, yaxşı xəbərlər də alacaqsınız. Xoşunuz gəlməyən adamlardan gələ bilər. Təcrübə qazandıran münasibətlər yaxşılığa doğru dəyişəcək. İnsanları sadəcə, başa düşməklə kifayətlənmirsiniz, həm də bir çox arzularını yerinə yetirmək üçün yollar tapırsınız.

Əkizlər – Xoş ünsiyyət üçün uyğun gələn bir gündür. Həm işgüzar, həm də şəxsi görüşlər baxımından yaxşı alınacaq. Başqalarının sözlərinə həmişə məhəl qoymayanlar da sizi diqqətlə və maraqla dinləyəcəklər. İşlə əlaqəli təkliflər ala bilərsiniz. Mümkündür ki, bu gün həmişə sizin üçün ümidverici görünən işə qoşulmaq imkanınız olsun. Əl əməyi ilə məşğul olanlar diqqətli olmalıdır. Bu gün çox yüklənmək arzuolunmazdır, buna görə də özünüzə diqqət edin. Bir müddət pis vərdişlərdən imtina etməyə dəyər. İndi bunu etmək çətin olmayacaq.

Xərçəng - Söhbətlərinizdə diqqətli olsanız, daha yaxşı olacaq. İndi ətrafdakı tutqun, əsəbi, narazı insanlarla əlaqəni kəsmək vacibdir. Sizə xüsusilə pis təsir göstərəcəklər: Tarazlığınızı pozacaq, sizi əsəbiləşdirəcəklər. Ancaq optimistlər sizə pozitiv şəkildə köklənməyə kömək edəcəklər. İşdə müvəffəqiyyət ehtimalı böyükdür: köhnə və yeni işlərdə eyni dərəcədə effektli nəticə göstərəcəksiniz, heç bir şeyi gözdən itirməyəcəksiniz. Bir zamanlar əməkdaşlıq etdiyiniz insanlardan yeni xəbərlər alacaqsınız. Yenidən maraqlı təkliflər verə bilərlər.

Şir – Qanınızı qaralda biləcək heç nə yoxdur: bu gün hər şey yaxşı gedəcək. Taleyin dəstəyi sayəsində çox zəhmət çəkdiyiniz bir işdə uğur qazanmaq mümkündür. Ciddi səhvlər etməyəcəksiniz və kiçik səhvləri kimsə fərqinə varmadan düzəldəcəksiniz. Çox güman ki, xoş insanlarla qarşılaşacaq və tanış olacaqsınız. Hər kəsdə xoş təəssürat yaratmağa qadirsiniz və bunu etmək üçün xüsusi olaraq canfəşanlıq etmək lazım deyil: təbii davranmaq kifayətdir. Romantik görüşlər zamanı unudulmaz anlar yaşayacaqsınız. Ola bilər ki, çoxdan arzuladığınız sözləri eşidəsiniz.

Qız - Gün heç də gözlədiyiniz kimi keçməyəcək, bizi planları dəyişdirməyə məcbur edən gözlənilməz hadisələr baş verə bilər. Ancaq yenə də vəziyyəti nəzarət altında saxlamağı bacaracaqsınız. İş üçün yeni fikirlər ortaya çıxa bilər. Yeni zirvələri fəth etmək üçün nələri öyrənməli olduğunuzu anlayacaqsınız. Sevdiklərinizlə yaxınlıq sevinc gətirəcək: indi bir-birinizi həqiqətən yaxşı başa düşəcəksiniz, fikir ayrılıqları və mübahisələrin üstündən xətt çəkə biləcəksiniz.

Tərəzi - Hər bir cəhgdiniz yaxşı nəticə verə bilər. Əvvəllər çox çətin və hətta mümkünsüz görünən işlərə bu gün cəsarətlə baş vura bilərsiniz; bu kimi məsələlərdə uğur qazanmaq ehtimalınız böyükdür. Çox adamlar sizə kömək edəcək və sizə qarşı ümumiyyətlə, təmənnasız olacaqlar. Bəlkə də bir və ya iki il davam edəcək bir əməkdaşlığın bünövrəsi qoyula bilər. Pulla bağlı qərarlara qarşı diqqətli olun. Bu gün düşünmədən xərcləməkdənsə qənaət etmək daha yaxşıdır.

Əqrəb - Çox gərgin bir gün yaşaya bilərsiniz. Bu gün təkcə özünüz üçün deyil, başqaları üçün də xeyirli işlər görəcəksiniz. Bəzən əvvəllər sizə vacib xidmətlər göstərmiş insanlar bu gün sizdən kömək istəyəcəklər - onlara təşəkkür etmək və dəstək olmaq fürsətindən məmnun qalacaqsınız. İşgüzar əlaqələri gücləndirmək və yeni tərəfdaşlar qazanmaq fürsəti yaranacaq. Bunun üçün planlaşdırılmamış bir səfərə getməli ola bilərsiniz. Günün ilk yarısı tanış işlər üçün əlverişlidir, amma ikinci hissədə yeni bir iş götürmək faydalı olacaq. Uğura necə nail olacağınızı anlamaq üçün lazım olan hər şeyi tez öyrənəcəksiniz.

Oxatan – Bu gün səbr və təmkin ən yaxın dostlarınız olacaq. Onlardan üz döndərsəniz, gün uğursuz alınacaq. Bir çoxları sizi qiymətləndirərkən istedadlarınızı görmədiklərini etiraf etməyə hazırdırlar. Son zamanlar pozulmuş münasibətlər yenidən dostluq xarakteri ala bilər. Axşam sevdiyiniz işi görmək, köhnə bir hobbinizə qayıtmaq üçün əlverişlidir. Gündəlik maraqsız işlərdən qısa bir fasilə götürməyiniz faydalı olacaq.

Oğlaq - Səhv ola bilər, amma çətin ki, narahat olasınız. İndi ortaya çıxan çətinliklərə deyil, bəzən ən gözlənilməz anda yaranan imkanlara diqqət yetirməlisiniz. Çox faydalı bir şey öyrənmək və ya son vaxtlar marağınızı cəlb edən bir işi görmək şansınız olacaq. Bu gün həmişəkindən daha çox söhbətlər və görüşlər olacaq. Fikirlərinizi və maraqlarınızı, eləcə də həyat prinsiplərinizi bölüşən insanlarla ünsiyyət qurmaq imkanından məmnun olacaqsınız. Həmfikir insanların çox gözəl və mehriban olduğunu bilmək çox xoş olacaq.

Dolça - Sakit və soqyuqqanlı qalmağa çalışın. Məhz hər hansı bir maneəni dəf etməyə və qarşıya qoyulan məqsədlərə çatmağa kömək edən cəhətləriniz bunlar olacaq. Köhnə səhvləri düzəltmək, əvvəllər üzərində çox əziyyət çəkdiyiniz bir işi axır ki, uğurla başa çatdırmaq mümkün olacaq. Heç bir yerə tələsməyin: tələsik halda, düzgün qərarlar qəbul etmək çətin olacaq. Vəziyyəti anlamaq, düşünmək və hər şeyi ölçüb-biçmək üçün özünüzə bir az vaxt verin. Axşam sevdiyiniz insandan çoxdan gözlədiyiniz açıqlamaları eşidə bilərsiniz. Bu, əlbəttə ki, uzun müddət xatırlanacaq və həyatınızda iz buraxacaq.

Balıq - Hər şey yaxşı olacaq, tərəddüd etməyin. İndi bəxt sizin yanınızdadır və bundan necə yararlanacağınızı bilirsiniz. Gün çətin işlərdə müvəffəqiyyət vəd edir, çoxdan düşünülmüş planı həyata keçirmək üçün bir şans yaranacaq. İşin üzərinə tək getməyin. Ətrafınızda etibar edə biləcəyiniz insanlar var. Çox adam planlarınızın həyata keçirilməsində iştirak etmək istəyir. Bu gün başlayan bir əməkdaşlıq dostluq və ya gözəl bir romantik dastana çevrilə bilər. Yaradıcılıqla da məşğul ola bilərsiniz. Fikirlərinizi təcəssüm etdirmək üçün qeyri-adi bir şey ortaya qoymaq və ya həyəcanlı yeni bir forma tapmaq sizin üçün asandır.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »