Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çılpaq Kral nağılı" həqiqət oldu: "Heç nə"yi 15 min avroya aldılar - Foto
"Çılpaq Kral nağılı" həqiqət oldu: "Heç nə"yi 15 min avroya aldılar - Foto

Yəqin çılpaq kral haqqında əfsanəni eşitməmiş deyilsiniz. Modabaz Kral dərziyə əmr edir ki, ona bir gün içərisində dünyada heç kimdə olmayan, bu günə qədər kimsənin görmədiyi bir libas tiksin. Dərzi qalır naçar, lakin ağıllı fikirləri onun kəlləsini gilyotindən xilas edir.

Dərzi səhəri gün kralın hüzuruna gəlir, böyük bir sandıqla. Deyir elə bir paltar tikib ki, bu paltarı yalnız ağıllılar görə bilir. Sandığı açır, sandıq boşdur. Lakin o əlində paltar varmış kimi boşluğu krala göstərib onun qızılı naxışlarını, qeyri adi gözəlliyini tərifləyir. Kral ağılsız olduğunu etiraf etməmək üçün görmədiyi paltarını bəyənir və geyinir. Beləcə qeyri-adi paltarıyla, yəni çılpaq şəkildə xalq qarşısına çıxır. Kimsə də ona "sən lütsən" deyib öz ağlından şübhəyə düşmək istəmir.Yalnız balaca bir uşaq “kral çılpaqdır” deyir, lakin ona da kim inanacaq ki...

Bu hekayəni yadıma salan ideyalarından və boşluqdan pul qazanan italyan rəssaam Salvatore Qarau oldu. Adam rəsmən heç nədən pullar qazanır. O bu yaxınlarda, yəni may ayında gözəgörünməyən heykəlini Art-Rite hərracında 15 min avropya satıb. Əsərin adı (I am) "Mən varam"dır.

Rəssam bildirib ki, əsəri alan sahibi əl işini mütləq onun həcminə uyğun boş bir yerdə saxlamalıdır. Gözəgörünməz əsərin həcmi 150×150 təşkil edir. Əsər açıq havada dayanmalıdır. Düşünürsünüz ki, 15 min avro pul verən incəsənətsevər evinə nə aparıb? Əsərin müəllifi tərəfindən təqdim edilmiş və onun var olduğunu təsdiq edən sertifikatı. Əsər isə İtaliyada şəhər meydanlarından birində “sərgilənir” . Yerə çəkilmiş 2 kavdratmetrlik bir çərçivə onun var olduğunu bəyan edir. Rəssam bildirib ki, onun əsəri onun düşüncələrindən və enerjisindən ibarətdir, heç nə,  boşluq dediyimiz özü də dəyərdir. Başqa anlamda heç nəyin özü də əsərdir, enerjidir. Onu hiss etmək lazımdır. "Heç nə" əbədidir...

Görünməyən heykəl, Salvatore Qarau Görünməyən heykəl, Salvatore Qarau

Qeyd edək ki, bu, Salvatore Qaraunun ikinci belə əsəridir. Əslində rəssam bununla müasir cəmiyyətin şəklini çəkib. Müasir cəmiyyət predmetləri deyil, ideyaları satın almağı daha çox sevir.

İlhamə

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »