Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Roma Papası vəzifəsindən gedə bilər
KİV: Roma Papası vəzifəsindən gedə bilər

Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər.

Bu barədə bu gün “Libero” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu ilin dekabrında Roma Papasının 85 yaşı tamam olacaq.

Oxucuların diqqətinə çatdırılıb ki, onun sələfi XVI Benedikt də 85 yaşında Taxt-tacdan uzaqlaşıb.

Qeyd edək ki, iyul ayında Papa Fransisk ümumi anesteziya altında bağırsaq əməliyyatı olunub. Bundan başqa, 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə Roma Papası güclü soyuqdəymə keçirib.

Xatırladaq ki, Papa Fransiskin 12-15 sentyabr tarixlərində Macarıstan və Slovakiyaya səfəri planlaşdırılıb.(apa)

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »