Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir uşağı həkimə aparmaq üçün tələb olunan altı “Covid” pasportu...
Bir uşağı həkimə aparmaq üçün tələb olunan altı “Covid” pasportu...

Vaksinasiya prosesi başlanan gündən bəri onsuz da ağ olmayan günümüzü bir az da qaraltmağa başlayıblar.

Deməli, bir müddət əvvəl xəbər yayıldı ki, məktəb yaşlı ölvadları olan valideynlər mütləq vaksin olunmalıdırlar, yoxsa övladlarını məktəbə buraxmayacaqlar. Bu xəbərlə də aləm dəydi bir-birinə. Məlumatın nə dərəcədə doğru olub-olmadığını araşdırmaq üçün Təhsil Nazirliyinə müraciətlər olundu, açıqlamalr alındı. Lakin təssüf ki, onların verdiyi açıqlamalardan da heç nə başa düşmək olmadı. Çünki əvvəlcə bildirdilər ki, bu məlumat tamamailə yalandır, sonra isə vaksinasiyanın sürətləndirilməsi üçün belə addımların əlverişli ola biləcəyini bildirdilər. Anlaya bilmədik ki, peyvənd pasportu olmayan valideynlər sentyabrın 15-i övladını məktəbə aparsın, ya yox... Yəqin ki, bu məsələ məktəb başlayan zaman aydınlanacaq. Görəcəyik həmin uşaqlar məktəbə buraxılır, ya yox.

İndi də buna oxşar yeni bir məlumat yayılıb. Məlumat uşaq poliklinikiları ilə bağlıdır. Belə ki, uşaq poliklinikalarında çalışan sahə həkimləri valideynlərə bildiriblər ki, gələn aydan etibarən uşaqlarını yoxlanıya gətirdikləri zaman hər iki valideynin və nənə, babanın “Covid”pasportu gətirilməlidir. Bəli, düz oxudunuz  - ata, ata, nənələr və babaların pasportu. Buradan belə çıxır ki, bir uşaqla bərabər 6 covid pasportu aparmaq lazımdır ki, poliklinikaya girə biləsən.

Deyək ki, ana-atanı başa düşdük. Bəs nənə, babanın covid pasportunun uşağa nə aidiyyatı var? İndi uşağımızı həkimə apara bilmək üçün qapı-qapı düşüb pasport yığmalıyıq? Vay o gündən ki, ana ilə nənə küsülü olsun və nənə acığa düşüb pasportunu verməsin. Onda necə olacaq görəsən? Küsülülük haqqında da hansısa sənəd tələb olunacaq?

Vallah, utanmasalar, çıxıb deyəcəklər ki, bu qərarı ailə bağlarının möhkəm olması üçün çıxarmışıq.

Leyla Mirzə

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »