Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda işə qəbul: Kimyaçıya klarnet barədə sual verib kəsirlər
Azərbaycanda işə qəbul: Kimyaçıya klarnet barədə sual verib kəsirlər

Pul və təhsil. Avropanın, ABŞ-ın nüfuzlu ali məktəblərində yaxşı təhsil almaq üçün xeyli pul verməli olursan. İllik xərcləri yüksək olsa da, tökdüyün pullara dəyər – yüksək səviyyədə təhsil alırsan, karyera yollarında inamla addımlayırsan.

Bizdə də belədir. Təhsil almaq üşün xeyli pul tökürsən. Uşaq bağçaya gedəcək, müdirəyə şirinlik ver ki, “ yer tapılsın”, birinci sinifə gedəcək, öncədən hazırlığa qoy ki, məktəbə qədər yazıb oxumağı öyrənsin (əvvəllər uşaq hərfləri parta arxasında öyrənərdi), məktəbə başladı, pul verib repetitor tutursan ki, dərsləri yaxşı oxusun, yuxarı sinfə qalxdıqca repetitorların sayı da artır ki, gələcəkdə ali məktəbə girə bilsin, ali məktəbə girir, tərifi də müəllimləri yox, məzunu olduğu məktəb alır.

İş burda bitsə, nə vardı. Universiteti oxuyarkən bəziləri yenə pul verir (amma bu dəfə pul verir ki, təhsil yox, yalnız qiymət alsın). Universitet bitir, pul ver magistraturaya hazırlaş, magistratura bitir, pul ver kurslara get, dövlət qulluğuna girmək üçün hazırlaş. Müəllim olmaq istəyənlərin işi ümumiyyətlə dönüb olub çıxılmaz labirint. Müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahan verməklə qocalıb gözləyə - gözləyə ali məktəbdən birbaşa pensiyaya gedənlər var. MİQ olub keçilməz Çin səddi. Hazırlaş ki, hazırlaşasan, işə düzəlir, bu dəfə yenə kursa gedir ki, sertifikasiyadan keçsin. Çox zaman da MİQ-i keçənlər vakansiya olmadığına görə qalırlar ortada. Özü Bakıda yaşayıb, uzaq rayonlarda müəllim kimi işləyən yüzlərlə körpə uşaqlı xanım müəllimələrimiz var. Ortalama 300 manat maaş alır, həftdə də rayona gedib dərsini deyib Bakıya evinə qayıdır. Aldığı pulu da yollara verir. Stajı, əməyi batmasın deyə. Üstəlik, bu ildən MİQ-dən keçmiş bir müəllim 2 yerdə işləmək haqqı qazanır. Onsuz da iş tapmaq zülm idi. 2 yer qazanmış bir müəllim iş axtarmaqda olan müəllimlər ordusu ilə qarşı-qarşıya qalmırmı?

Bu dövlətin öz ali məktəbinə etimadı yoxdurmu ki, davamlı imtahanlar, sertifikasiyalar təşkil edir?

Müəllim kimi işə düzəlməkdə çətinlik çəkənlərin Bizimyol.info-ya ünvanladığı onlarla şikayətdən bir neçəsini dilə gətirmək istəyirik.

Arzu Abdullayeva adlı izləyicimiz deyir ki, MİQ imtahanından yüksək balla keçən və kimya müəllimi olmaq istəyən bacısına müsahibədə “klarnetin vətəni haradır?” kimi qəribə suallar veriblər və sonda kəsiblər.

Tariyel Hadıyev yazır ki, “Sovet dönəmini bəyənmirdik - yataqxana pulsuz, təhsil pulsuz, gündüzlər nahar su qiymətinə, tələbə gəncləri işləmək üçün bir aylıq Sovet respublikalarından birinə aparırdılar, həm işləyirdik, həm gəzib-görüb dünya ilə tanış olurduq, ali məktəbi bitirəndə də təyinatla iş yerinə göndərirdilər. İşsiz qalmaq həyəcanı yaşamaq kiminsə ağlından da keçmirdi”.

Aidə Cavadzadə: “Sistem çürük olandan sonra faydası yoxdur. Məsələn, o imtahanların əlindən dad döyən müəllimlər dərs dedikləri şagirdlərin niyə repetitor yanına getdiyini izah edə bilərlərmi? Təhsil Nazirliyi valideynlərin, elə müəllimlərin də özünü küt hesab etməyə səbəb olan dərs proqramının, dərsliklərin niyə o cür hazırlandığının izahını verə bilərmi? Anlayıram ki, maaş bəs etmir və həmin şəraiti özləri yaradırlar. Ancaq əgər bir müəllim ayda 2000 manat maaş alsa belə, elə öyrənib ki, bundan belə də repetitor həmişə qiymətdə olacaq. Bir məmur o qədər öyrəşib ki, hansısa tanışının zay dərsliyinə nəyinsə müqabilində müsbət rəy verəcək. Direktor savadlı müəllimi işdən atıb yerinə savadsızı götürəcək”.

Bax belə. Çox işimiz belə. Ümumiyyətlə, ölkədə bu qədər müəllim işsiz qalıbsa, ali məktəblər bir müddət müəllim ixtisasına tələbə qəbulunu dayandırsa, yaxşı olmazmı. Təklif tələbi qat-qat üstələyib.

Sonra da deyirik ölkədən beyin axını var. Beyni olan ölkədən qaçmasın, nə eləsin? Ali məktəbi bitirib iş tapa bilməyən yüzlərlə gəncimiz Amerikada, Avropada öncə kuryer, qabyuyan kimi işə başlasa da, sonradan getdiyi yerdə özünü doğruldub bacarığına müqabil iş tapa bilir. Gedə bilməyənlərimiz isə “qul bazarında” diplomlu suvaqçı, qaynaqçı, bənna, günəmuzd işçi kimi “karyera” qurur. Təhsilə tökülən pullarımız bax beləcə “iqtisadiyyatımıza qayıdır”.

İlhamə

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »