Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ancelina Coli əfqanlar üçün mübarizə aparacağını dedi
Ancelina Coli əfqanlar üçün mübarizə aparacağını dedi

Məşhur aktrisa, BMT-nin xoşməramlı səfiri Ancelina Coli əfqan xalqının faciəsinə biganə qalmayıb. O öz Instagram səhifəsində BMT-yə ünvanladığı rəsmi məktubu dərc edərək əfqan xalqından üz çevirməyəcəyini bildirib.

“Mən 20 il əvvəl sentyabrın 11-də Əfqanıstan sərhədində olmuşam. O zaman da insanlar Taliblərdən qaçırdılar. 20 il sonra da əfqanların ölkəni bürümüş xaos və dəhşətlərdən qaçdığını izləmək üzücüdür. İllərlə bu qədər vəsait sərf edilib, qan töklüb, insan həyatları məhv edilib və anlamaq olmur ki, bütün bunlar nə üçün baş verib.

Dünyanın ən mehriban, ən bacarıqlı xalqlarından olan əfqan xalqı ilə bir yük kimi davranmaq məndə nifrət duyğusu oyandırır. Onların imkanları olsaydı, onları rahat buraxsaydılar, özləri üçün çox iş görə bilərdilər. İşinə sadiq olan bütün insanlar kimi mən onlardan üz çevirməyəcəm, kömək etmək yollarını arayacağam. Ümid edirəm, mənə qoşularsınız”,- deyə Hollivud ulduzu bildirib.

Qeyd edək ki, 2012-ci ildə Ancelina Coli BMT-nin qaçqınlar üzrə xüsusi səfiri təyin olunub. O, dünya ölkələrinə səyahət edərək bədbəxtliklə üzləşmiş insanlara kömək edir. Buna görə də BMT Ancelina Colinin səlahiyyətlərini artırıb. Aktrisa yeni vəzifədə müxtəlif ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirir, təkcə xeyriyyəçiliklə deyil, diplomatiya ilə də məşğul olur. Ancelina Coli buna qədər on ildən çox BMT-nin xoşməramlı səfiri statusunu da daşıyırdı və missiyasına davam edir. O ötən il təşkilatın ünvanına tənqidlə çıxış edərək BMT-ni fəaliyyətsizlikdə və qaçqınların müdafiəsi üçün tədbir görmək istəməməkdə ittiham edib.

İraq, Suriya, Livan, İordaniya və Türkiyədəki qaçqın düşərgələrini dəfələrlə ziyarət edən aktrisa və rejissor BMT Təhlükəsizlik Şurası üzvlərinə müharibə qurbanları ilə görüşməyi təklif edərək "Qaçqınlar BMT-nin iclasında iştirak edə bilmirlər, bəlkə siz onlara baş çəkəsiniz”,- deyə bildirmişdi. O dəfələrlə BMT-nin qüsurlu təşkilat olmasını dilə gətirib.

“BMT-dən dəyişik bölgələr üçün edilən humanitar yardım çağırışlarının heç birində tələb edilən miqdarın yarısı belə ödənilmir. Heç kəs BMT-nin mükəmməl olduğunu söyləyə bilmir. BMT-nin özünün ciddi islahatlara ehtiyacı var”,- deyə o təşkilatın tribunasından bildirmişdi.

İlhamə

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› “Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”
››› İki polis zabiti narkotikə görə həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »