Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Goranboyda yeniyetməni öldürməkdə anası və başqa bir şəxs şübhəli bilinir
Goranboyda yeniyetməni öldürməkdə anası və başqa bir şəxs şübhəli bilinir

Goranboyda 11 yaşlı Fərid Təhməzovu öldürməkdə anası və onunla birgə yaşayan şəxs şübhəli bilinir.

Goranboy rayon Goran qəsəbəsində qamışlıq ərazidə meyti tapılan 11 yaşlı F.Təhməzovun ölümündə onun anası Gülayət Təhməzova və onun qeyri-rəsmi nikahda yaşadığı Anar Məmmədov şübhəli bilinir.

İlkin məlumata görə, onlar F.Təhməzovu döyüb öldürərək, yeniyetmənin meyitini Goran ərazisindəki qamışlığa atıblar.

Qeyd edək ki, qadın polisə oğlunun Gəncəyə getdiyini və o gündən itkin düşdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

19:34

Goranboyda meyiti tapılan yeniyetmənin şəxsiyyəti məlum olub.

Goran qəsəbəsində meyiti tapılan şəxs 2010-cu il təvəllüdlü Fərid Təhməzovdur. O, qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

19:15

Goranboy rayonunda naməlum meyit aşkarlanıb.

Goran qəsəbəsində tapılan meyit tibbi ekspertizaya aparılıb.

Onun şəxsiyyəti və ölüm hadisəsinin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report.az)

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »