Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstandakı azərbaycanlı sülhməramlılar: “Sağ-salamat geri dönəcəyik"
Əfqanıstandakı azərbaycanlı sülhməramlılar: “Sağ-salamat geri dönəcəyik"

“Taliban”ın nəzarətinə keçirdiyi Kabildə Türkiyə hərbi təhlükəsizlik qüvvələr ilə birgə Azərbaycanın sülhməramlıları “bir millət, iki dövlət” prinsipilə Həmid Karzai adına Beynəlxalq Hava Limanını mühafizə edir.

APA-nın məlumatına görə, hərbçilərimiz Türkiyənin təhlükəsizlik qüvvələr ilə birgə hava limanında köməksiz vəziyyətdə qalan insanlara dəstək verir.

“Anadolu”ya danışan azərbaycanlı hərbçi Anar Babayev "Hazırda türk qardaşlarımızla birlikdə Əfqanıstanda xidmətdəyik. Onlara yardım edirik" - deyib.

Bir aya yaxındır ki, Kabildə olduqlarını bildirən digər hərbçimiz Səxavət Kazımov türkiyəli həmkarları ilə eyni bölgədə xidmət göstərdiklərini bildirib: “Buradan ailəmə, bütün əsgərlərin ailələrinə salam söyləyirəm. Hər şey yaxşıdır. İnşallah sağ-salamat geri dönəcəyik".

Həbib Həsənov isə “Türk qardaşlarımıza hər zaman dəstək verməyə hazırıq” deyə bildirib.

Hava limanında təhlükəsizlik vəzifəsini icra edən Qismət Musayev isə bildirib ki, türk hərbçilərlə birlikdə insanlara dəstək verməkdən qürur duyur: “Biz qardaşıq”.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »