Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı Əfqanıstana 1 milyardlıq yardımı dayandıracaq
Avropa İttifaqı Əfqanıstana 1 milyardlıq yardımı dayandıracaq

Avropa İttifaqı “Taliban”la texniki əlaqələr saxlasa da, onlarla siyasi danışıqlar aparmır və bu hərəkatı tanımaq niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Madriddə əfqanıstanlı qaçqınların müvəqqəti qəbul mərkəzini ziyarət edərkən deyib.

“Avropa İttifaqı “Taliban”la operativ təmaslar qurur. Bu, təhlükə altında olan insanları xilas etmək üçün  edilir. Hazırda “Taliban”la hər hansı siyasi müzakirədən və tanınmadan söhbət getmir”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Ursula von der Leyen bildirib ki, Avropa Komissiyası 2021-ci il üçün planlaşdırılan Əfqanıstana humanitar yardım paketini 57 milyon avroya qədər artırmaq niyyətində olub. Lakin Brüssel Əfqanıstana növbəti yeddi il üçün hesablanmış 1 milyard avroluq iqtisadi yardım paketinin dondurulduğunu elan edib.

"Taliban" milli azlıqların nümayəndələrinə və qadın hüquqlarına hörmətlə yanaşmadıqca bu yardımın icrası həyata keçirilməyəcək", - deyə o bildirib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »