Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çörəkbişirmə sexlərində məsul şəxslər məlumatlandırılır"
"Çörəkbişirmə sexlərində məsul şəxslər məlumatlandırılır"

Buğda ununun dövlət standartı barədə Bizimyol.info saytının sorğusuna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-da aidiyyatı üzrə baxılıb.

Bu barədə Bizimyol.info saytına qurumdan məlumat verilib. Qeyd edilib ki, səfərbərlik və dövlət ehtiyatlarının mövcud vəziyyətinin müəyyən edilməsi, idarə edilməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və tədbirlərin icrasına nəzarətin həyata keçirilməsi ilə əlaqədar yaradılmış Komissiyanın ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının müzakirəsi məqsadi ilə 2020-ci ilin 25 iyul tarixində videokonfrans formatında keçirilmiş müşavirəsinin Protokolundan irəli gələrək “Taxıl və taxıl məhsullarının standartlașdırılması üzrə Texniki Komitə tərəfindən işlənib hazırlanmış AZS 888:2020 "Buğda. Texniki şərtlar” standartı 04 noyabr 2020-ci il tarixində ölkə ərazisində qəbul edilmiş və bu barədə taxıl tədarükü ilə məşğul olan subyektlər məlumatlandırılmışdır.

"Eyni zamanda sözügedən 4 nömrəli Protokolun 5-ci bəndini davamlı olaraq icrasını təmin etmək məqsədi ilə AZS 894-2021 “Çörək sənayesi üçün buğda unu.Texniki şərtlər“ standartı 16 may 2021-ci il tarixində Milli standartlaşdırma orqanı tərəfindən qəbul edilmiş və elivatorlar, un dərmanları və çörəkbişirmə sexlərində məsul şəxsləri məlumatlandırmaq məqsədi ilə rəsmi internet saytına yerləşdirilib",- deyə bildirilib. Əlavə edilib ki, qəbul olunmuş standartların tələblərinə nəzarət digər müvafiq icra hakimiyyəti orqanları tərəfindan həyata keçirilir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› İlham Əliyev: "Demişdim ki, Ərdoğan Şuşaya gəlməyənə qədər başqa ölkələrdən heç kim ora getməyəcək"
Son xəbərlər
Bütün xəbərlər »