Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və Ərdoğan Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər
Putin və Ərdoğan Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prezidentlər 14 avqustda Rusiya Müdafiə Nazirliyinin Be-200 təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya və Türkiyə vətəndaşlarının həlak olmaları ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

Ərdoğan Rusiya pilotlarının Türkiyədə meşə yanğınlarının söndürülməsinə əhəmiyyətli töhfə verdiklərini qeyd edib və göstərilən köməyə görə təşəkkürünü bildirib.

Əfqanıstan ətrafında vəziyyət ətraflı müzakirə edilib. Ölkədə sabitliyin və sülhün təmin edilməsinin, asayişə və qanuna ciddi riayət edilməsinin vacibliyi qeyd edilib. Terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb. Prezidentlər Əfqanıstan mövzusunda ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Bundan əlavə, liderlər ticari-iqtisadi, ilk növbədə enerji sektorunda əməkdaşlıq məsələlərinə toxunublar.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »