Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Qazaxıstan prezidentləri Moskvada görüşüb
Rusiya və Qazaxıstan prezidentləri Moskvada görüşüb

Kremldə Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə V. Putin iki ölkə arasında bütün istiqamətlərdə təmasların yüksək səviyyədə olduğunu bildirib.

“Pandemiyaya baxmayaraq, keçən il bir az geriləmə yaşadıq - təxminən 4 faiz, lakin bu ilin ilk yarısında ticarət dövriyyəsi 33 faizdən çox artıb. Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. Mən Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Şurasını nəzərdə tuturam. Bütün sahələrdə yaxşı irəliləyiş var. Müttəfiq münasibətlərimiz güclənir, yeni keyfiyyət əldə edir. Amma əlbəttə ki, xüsusən indi ən aktual məsələlərdən biri Əfqanıstanda inkişaf edən hadisələrlə əlaqədar təhlükəsizlik məsələsidir", - deyə Rusiya dövlət başçısı qeyd edib.

Qazaxıstan Prezidenti rusiyalı həmkarına dəvətə görə təşəkkürünü bildirib: “Həqiqətən əlaqələrimiz pandemiya dövründə belə heç vaxt kəsilməmişdi. “Onlayn” işlədik, telefonla danışdıq. Ancaq, necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Qazaxıstan və Rusiya müttəfiqdir, beynəlxalq gündəm olsun, təhlükəsizlik problemləri, xüsusən də ikitərəfli əməkdaşlıq məsələləri, gündəmdə olan bütün məsələlər üzərində daim çalışırıq. Ölkələrimiz arasındakı əlaqələrin strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf etməsi sevindirici haldır”.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »