Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qobu və Hökməli qəsəbələrində narkoticarətlə məşğul olan tutulub - Video
Qobu və Hökməli qəsəbələrində narkoticarətlə məşğul olan tutulub - Video

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Qobu və Hökməli qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bizimyol.info xəbər verirv ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qrama yaxın narkotik vasitə heroin, 5 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs ifadəsində Hökməli və Qobu qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, təyin edilmiş ekspertiza zamanı Ağamədi Niyazovdan aşkar edilən elektron tərəzinin üzərindən heroin izlərinin aşkar edilməsi və psixotrop maddələrin hazır bükümlər şəklində bölünərək qablaşdırılması onun bir daha narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyə əsas verir.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında onun narkotik maddələri əldə etdiyi mənbənin aşkar olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »