Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
45 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub
45 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda 45 mənzilli yaşayış binası tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və həmin müharibə ilə əlaqədar əlilliyi olan qazilərimizin istifadəsinə verilib.

Bizimyol.info xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, binadakı mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

V.Nəsirli vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi. Müharibəni tarixi Zəfərlə başa vuran Azərbaycanda şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi sahəsində də fəal və nümunəvi siyasət həyata keçirilir.

Nazir müavini dövlət başçısının xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının geniş vüsət aldığını bildirib. Qeyd edib ki, Nazirlik tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Bu il isə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının 2018-ci ilə nisbətən artıq 5 dəfəyə yaxın genişləndiyini göstərir.

V.Nəsirli bildirib ki, keçmiş köçkünlər üçün inşa olunmuş yaşayış binalarındakı mənzillər də dövlət başçısının göstərişi ilə şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu istiqamətdə növbəti addım kimi, hazırda Lənkəran rayonunda da 45 mənzilli yaşayış binası həmin kateqoriyadan olan şəxslərin istifadəsinə verilir. 2014-2019-cu illərdə uçota alınmış imtiyazlı şəxslərlə yanaşı, Vətən müharibəsində şəhid olanların ailələri və Vətən müharibəsi əlillərinin də bu ilin əvvəllərindən mənzillə təminatı həyata keçirilir. Bu gün təqdim edilən 45 mənzil də məhz bu kateqoriyadan olanlara verilir.

Nazir müavini 2021-ci ilin planı üzrə artıq 1300-dən çox mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim edildiyini, bu kateqoriyalardan olan vətəndaşlara indiyədək 10 mindən çox mənzil və fərdi evin verildiyini diqqətə çatdırıb.

Taleh Qaraşov şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının genişlənməsinin həmin vətəndaşlara göstərilən böyük diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Yeni mənzillə təmin olunan vətəndaşlar şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, sosial dəstəklə əhatə olunmaları istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək qayğıya, bu gün isə müasir tələblərə uyğun yaşayış şəraiti olan mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
Son xəbərlər
Bütün xəbərlər »