Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Əfqanıstanda baş verənlərə görə Bayden amerikalılardan üzr istəməlidir
Tramp: Əfqanıstanda baş verənlərə görə Bayden amerikalılardan üzr istəməlidir

ABŞ -ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, hazırkı dövlət başçısı Co Bayden qoşunların Əfqanıstandan çıxarılmasının düzgün təşkil edilmədiyinə görə Amerika xalqından üzr istəməlidir.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bu barədə Trampın cümə günü axşam yaydığı bəyanatda deyilir.

"Co Bayden mülki vətəndaşları ölkədən çıxarılmadan əvvəl həbçilərin oranı tərk etməsinə və 85 milyard dollarlıq texnikanı hərbi bazada buraxaraq "Taliban" yaraqlılarının əlinə keçməsinə icazə verdiyinə görə üzr istəməlidir",- deyə Tramp bildirib.

Keçmiş prezident qeyd edib ki, onun rəhbərliyi altında Amerika qoşunlarının geri çəkilməsi fəlakətə çevrilməzdi: "Baydenin rəhbərliyi ilə ABŞ-ın Əfqanıstandan çəkilməsi Amerika üçün ən böyük rüsvayçılıqdır. Bu, gələcəkdə beynəlxalq münasibətlərimizə mənfi təsir edəcək bir hadisədir".

Qeyd edək ki, 15 avqustda Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün ölkəni tərk etdi. Taliban döyüşçüləri heç bir döyüş olmadan paytaxt Kabilə girib, bir neçə saat ərzində hakimiyyəti ələ keçirdi.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
Son xəbərlər
Bütün xəbərlər »