Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hökumət yanacaq-enerji balansı haqqında məlumat vermir”
“Hökumət yanacaq-enerji balansı haqqında məlumat vermir”

Xəzərin Azərbaycan sektorunda yerləşən“Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara veriləcək.

SOCAR-dan verilən məlumata görə, nəql xətti istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcək.

Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaq.

“Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) tərəfindən işlər qrafikə uyğun olaraq aparılır”, - məlumatda qeyd edilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, ölkənin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır: “Layihə uğurla davam etdirilir. 2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilib və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olub. Bununla da neftçilər Prezident İlham Əliyev cənablarının qarşımıza qoyduğu daha bir məqsədə nail olublar” (apa.az).

Rövnəq Abdullayevin sözlərinə diqqət yetirdikdə, sual yaranır ki, ölkənin enerji yanacaq balansı hazırda hansı vəziyyətdədir? Əgər söhbətdən tənzimlənmədən – balansdan gedirsə, deməli, bu istiqamətdə müəyyən disbalans da var. Lakin təəssüflər olsun ki, bu istiqamətdə hər hansı bir rəsmi məlumata rast gəlinmədi.

Ilham Şaban İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Bizimyol.info saytına bildirib ki,ümumiyyətlə, hökumət yanacaq enerji balansını açıqlamır: “Dünyanın bir çox ölkələrində hökumətlər açıqlama verir ki, bu qədər neft çıxarılacaq, bu qədər qaz hasil olunacaq, yaxud elektrik enerjisi nə qədər əldə olunub və necə bölünəcək... Azərbaycanda bu praktika yoxdur. Məsələn, “Ümid” yatağında nə qədər qaz hasil olunub, bu barədə SOCAR heç bir açıqlama verməyib. Sadəcə, gündəlik hasilat barədə ümumi məlumat verilir, bu, yetərli deyil”.

O qeyd edib ki, maye karbohidrogenlər bizdə azalmaqdadır, lakin yeni quyu bu azalmanın qarşısını bir qədər alacaq.

Ekspert əlavə edib ki, Azərbaycanın gəlirləri azaldıqca, enerji tariflərində də bahalaşma müşahidə olunur: “SSRİ dünyanın lider neft hasilatçısı idi, amma orda da büdcədə problem yarananda benzinin qiyməti yüz faiz qalxırdı. Görünür ki, Azərbaycanın neft gəlirləri azalıb, həmçinin müharibədən sonra büdcəni bərpa etmək lazımdır. 2018-ci ildə neft gəlirlərimiz 10 milyard ABŞ dollar idi, 2019-cu ildə 8 milyard ABŞ dolları oldu, 2020-ci ildə isə bu gəlir 3,8 milyard ABŞ dolları olub. 2021-ci ildə gözlənti 5 milyard ABŞ dollarıdır. Amma 2011-ci ildəki 19,9 milyar dollarlıq gəlir hara, 5 milyard hara? 170 ildir ki, neft çıxarırıq. Müstəqillik illərində isə cəmi bir neft yatağı aşklarlamışıq, o da gələn il istifadəyə veriləcək. Bir tərəfdən neft ehtiyatlarımız azalır. Digər tərəfdən, dünyanın da tədricən neftdən asılılğı azalır. Avropada 2035-ci ilə qədər daxili yanma mühərriklərindən tam imtina olunacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »