Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar: "Atəşkəsin pozulması hallarını yaxından izləyirik"
Hulusi Akar: "Atəşkəsin pozulması hallarını yaxından izləyirik"

"İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını və bununla əlaqədar bütün hadisələri yaxından izləyirik".

Bunu "report"un yerli bürosuna açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Azərbaycan və Türkiyənin dövlət başçıları, habelə müdafiə nazirləri səviyyəsində sıx müzakirələrin aparıldığını qeyd edib:

"Ölkə başçıları - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin mən və dəyərli müdafiə naziri Zakir Həsənovla gecə-gündüz demədən təmaslarımızı davam etdiririk. Dolayısıyla, azad edilmiş torpaqlarda atəşkəsin pozulması hallarını yaxından müşahidə edirik, tələbimiz və arzumuz isə ondan ibarətdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hallara son qoysun və regiona sülh, əmin-amanlıq gəlsin".

Hulusi Akar Azərbaycan və Türkiyənin daim sülhün və rifahın təmin edilməsi üçün lazımi addımları atdığını vurğulayıb:

"Bu mənada, qeyd etdiyimiz atəşkəsin pozulması hallarının heç kimə bir faydası yoxdur. Türkiyə olaraq biz dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstəkləyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın" - nazir əlavə edib.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »