Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aktyorun beyninə qan sızıb
Məşhur aktyorun beyninə qan sızıb

Məşhur Türkiyə aktyoru Mesut Akusta Çankayadakı evində beyin qanaxması keçirib.

Bizimyol.info xəbər verir ki, Mesutun ailəsinin verdiyi məlumata görə, ilk öncə ünvana gələn təcili yardım komandası ona ilkin tibbi yardım göstərib. Daha sonra isə təcili yardım maşınına qoyularaq, xəstəxanaya aparılıb və əməliyyat olunub. Təxminən 3 saat davam edən əməliyyatdan sonra o, reanimasiya otağına yerləşdirilib.

Aktyorun həyat yoldaşı olan Şafak Özbir Akusta, sosial media hesabından paylaşım edərək, izləyicilərin dualarını gözlədiyi bildirib.

"Həyat yoldaşım Mesut Akustanın bu gün beyin qanaxması keçirdi və təcili əməliyyat olundu. Əməliyyat təxminən 3 saat çəkdi və şükürlər olsun ki, uğurla başa çatdı. Hazırda reanimasiyadadır, zəhmət olmasa dualarınızı ondan əsirgəməyin ",- deyə paylaşımında qeyd edib.

Hazırladı: Leyla

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »